"Xocalıdan danışaq" film-şəkil-məqalə müsabiqəsi
Dünən Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Türkdilli Ölkələrin Gəncləri Assosiasiyası və Azərbaycan - Slavyan Gənclər Assosiasiyası ictimai birliyinin "Xocalıdan danışaq" layihəsi çərçivəsində tədbir keçirildi. Mətbuatda xəbər verildiyi kimi, bu layihə Xocalı faciəsi ilə bağlı film-şəkil - məqalə müsabiqəsinin keçirilməsini nəzərdə tuturdu. Tədbirdə müsabiqənin yekunları açıqlandı.
Tədbirdən öncə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə YAP GB-nin şöbə müdiri, Türkdilli Ölkələrin Gəncləri Assosiasiyasının (TÖGA) sədri Səbuhi Abbasov açaraq Xocalı soyqırımının bəşər tarixində ən amansız qətliam olduğunu və bu hadisələrin dünya gənclərinin, bütün dünya ictimaiyyatının diqqətinə çatdırılmasının vacibliyindən danışdı: "Bu layihə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı"na müvafiq olaraq hazırlanmışdır. Layihə çərçivəsində artıq xeyli vaxdir ki gənclər bütün internet forumlarda Xocalıdan danışır, bəzi gənclər isə tədqiqat işi apararaq layhədə iştirak edirlər. Biz layihədə qarşımıza qoyduğumuz məqsədə çatdıq. Gənclərin arasında elələri vardır ki, onlar o zaman heç dünyaya gəlməmişdilər. Lakin indi onlar xalqımızın başına gətirilən bu və ya digər faciələr haqqında nəinki məlumat toplayır, hətta tədqiqat və təbiğat işi aparmaqla Azərbaycan həqiqətlərini dünya gənclərinə çatdırmağa çalışırlar. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq biz bundan sonra da Partiya rəhbərliyinin dəstəyi ilə bu istiqamətdə daha da irimiqyaslı layihələr reallaşdıracağıq."
Daha sonra tədbirdə çıxış edən BSU-nun prorektoru Oktay Səmədov gənclərin bu istiqamətdə marifləndirilməsinin vacibliyindən danışdı. BSU rəhbərliyinin bucür layihələri həmişə dəstəklədiyini deyən O.SƏmədov butün il boyu bu istiqamətdə fəaliyət göstərməyin vacibliyindən danışdı.
Daha sonra müasir Azərbaycanın istedadlı yazıçısı, Prezident təqaüdçüsü Etimad Başkeçid çıxış edərək bu cür tədbirlərin müasir gənclərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı: "Bir neçə gənclər təşkilatının bir arya gəlib, belə bir tədbir keçirməsini əlamətdar hadisə kimi dəyərləndirirəm. Xocalı facisəi ümumilli məsələdir. Müasir dünyada bir zamanlar faşistlərin belə özünə rəva bilmədiyi hərəkətlərə asanca qol qoyan ermənilər və onların havadarları bilməlidirlər ki, insanlığa qarşı işlədilmiş bu cinayət haqqında həmişə, hər yerdə danışılacaq. Elə bir vaxt yetişəcək ki, erməni işğalçılarının Qarabağda törətdiyi vəhşiliklərin sıradan bir cinayət olmadığı bütün bəşəriyyətə aydın olacaq".
ASGA-nın icraçı dirktoru Elvin Hətəmov isə təmsil etdiyi təşkilatın bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdırdı. Bu tədbirlər haqqında iştirakçılara məlumat verdi.
Layihədə Türkiyənin Qazi Univesiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı İslam Universitetinin tələbələri iştirak edirdilər.
"Ən yaxşı video" nominasiyası üzrə Türkiyənin Qazi Univesitetinin tələbəsi Elnur Paşa, "Ən yaxşı rəsm" nominasiyası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Müjgan Xaliqova, "Ən yaxşı tədqiqat işləri" nominasiyası üzrə Bakı İslam Universitetinin tələbəsi Rauf Rzayev, Bakı Slavyan Universitetinin iki tələbəsi - Məmmədova Günay və Hüseynli Aykan qalib elan olundu. Onlara təşkilatlar adından diplom və bəşər tarixində baş vermiş bütün soyqırımları özündə əks etdirən disklər təqdim olundu.