Xocalı faciəsi XX əsrin ən böyük faciəsidir
26 fevralda - XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının 18-ci ildönümü tamam olur. Bu hazırkı dövrdə bəşəriyyətin ən böyük faciəsidir. Ermənilər zaman-zaman Azərbaycan xalqına qarşı bu cür faciələr törədiblər. Bu faciələrdə on minlərlə soydaşımız həlak olub. Xocalı faciəsi də ermənilərin azərbaycanlılara qarşı törətdikləri növbəti soyqırım aktıdır. Bu, bəşəriyyətin ən böyük faciəsidir. YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru, professor Vilayət Əliyev bildirdi ki, xalqımız bu cür faciələri heç vaxt yaddan çıxarmayacaq: "Ötən əsrdə baş verən Xocalı faciəsini Azərbaycan xalqı heç bir zaman unutmayacaq.
1992-ci ilin şaxtalı qış gecəsində Rusiyanın 366-cı matoatıcı alayının iştirakı ilə Ermənistan silahlı qüvvələri Xocalını işğal etdi. Bu soyqırım nəticəsində 600-dən artıq soydaşımız erməni gülləsinə tuş gəldi, onlarla uşaq valideynlərini itirdi. Bu, nəinki ölkəmiz üçün, ümumiyyətlə, bütün bəşəriyyət üçün ən böyük faciədir". V.Əliyev onu da qeyd etdi ki, ermənilər xalqımızın tarixi düşmənləridir: "Ermənilər hər zaman xalqımıza qarşı düşmənçilik mövqeyində olublar. Onların bizə olan düşmənçiliyi nəticəsində yüzlərlə vətəndaşımız həlak olub, itkin düşüb və torpaqlarımız işğal olunub. Məlumdur ki, indiki Ermənistan dövləti də qədim Azərbaycan torpaqlarında yaradılıb. Bu gün torpaqlarımızın 20 faizi erməni işğalı altındadır.
Azərbaycanın işğal olunmuş 20 faiz torpağı Ermənistanın qeyri-konstruktiv, ədalətsiz mövqeyi nəticəsində hələ də işğaldan azad olunmayıb. Ancaq inanıram ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, xalqımıza qarşı faciələr törədən ermənilər layiqli cavablarını alacaqlar." YAP Siyasi Şurasının üzvü V.Əliyev onu da qeyd etdi ki, əgər ulu öndərimiz Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, onda respublikamızda bundan da artıq faciələr baş verərdi. "Ulu öndər Heydər Əliyev xalqımızın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsəydi, indi Azərbaycan adlı dövlət olmazdı. O, Azərbaycanı bəlalardan xilas edən liderdir."
"Bu gün gənc nəsil ermənilərə nifrət ruhunda böyüməlidirr. Gənclərimiz bilməlidirlər ki, erməni şovinstləri onların vətənlərində faciələr törədiblər. Gərək hər bir gənc anlasın ki, ermənilər yaxşılıq qanmayan millətdir. Onlara qarşı hər zaman düşmən mövqedə olmalıyıq. Çünki heç zaman erməni siyasətçiləri soydaşlarımıza, bütövlükdə, türk dünyasına qarşı düşmənçiliklərindən əl çəkməyəcəklər"-deyə professor V.Əliyev bildirdi. V.Əliyev onu da vurğuladı ki, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələri dünya ictimaiyyətinin diqqətinə yetərincə çatdırmalıyıq: "Biz hər zaman çalışmalıyıq ki, xalqımızın yaşadığı faciələri dünya ictimaiyyətinin diqqətinə çatdıraq. Bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Yəni ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri faciələrdən, o cümlədən, Xocalı faciəsi beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Sevindirici haldır ki, ölkə rəhbərliyi, Azərbaycan dövləti bu istiqamətdə uğurlu işlər görüb və bu işlər bu gün də davam etdirilməkdədir. Heydər Əliyev Fondunun və və bu fondun Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyinin Xocalı faciəsinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətdəki fəaliyyəti danılmazdır. Həmçinin, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporası da bu istiqamətdə fəaliyyət göstərir və onlar bu fəaliyyətlərini daha da gücləndirməlidirlər. Hesab edirəm ki, beynəlxalq təşkilatlar da ölkəmizin haqq işinə dəstək olmalıdırlar. BMT, AŞPA və digər beynəlxalq təşkilatlar Ermənistan ordusunun Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasına dair qətnamələr qəbul etsə də, işğalçı, qəsbkar Ermənistan və əli yüzlərlə azərbaycanlının qanına bulanmış Serj Sarkisyan hakimiyyəti beynəlxalq hüquq normalarına hörmət etmir. Bu, bir daha erməni xislətini göstərmiş olur."