PDF Oxu

Əsas

  • 20

Küveytdə "Xocalıya ədalət" kampaniyasının təqdimatı keçirilib

Küveytdə "Xocalıya ədalət" kampaniyasının təqdimatı keçirilib
Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində Küveytdə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təqdimatı keçirilib. Təqdimat Küveytin ən böyük gənclər təşkilatlarından biri olan Lozan Gənclər üçün Nailiyyətlər Mərkəzi - LoYAC-ın ofisində təşkil olunub. Tədbirdə Xocalı faciəsi haqqında məlumat verilmiş, kampaniyanın internet səhifəsi (www.justiceforkhojaly.org) və "Xocalı uşaqların gözü ilə" adlı fotosərgi nümayiş etdirilib.
Bildirilib ki, Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri - Xocalı soyqırımı günü 613 nəfər öldürülmüş, minədək müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə mindən çox dinc sakin girov götürülmüş, onlardan bəzilərinin taleyi indi də məlum deyildir. Tədbirin sonunda Xocalı qətliamına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi üçün dünya liderlərinə ünvanlanan petisiya iştirakçılara təqdim edilib və imzalar toplanılıb.
Təqdimatda iştirak edən Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev gənclərə Xocalı faciəsi haqqında həqiqətlərin Küveyt ictimaiyyətinə çatdırılması üçün göstərdikləri təşəbbüsə və fəaliyyətə görə təşəkkür edib. Bildirilib ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, fevralın 5-də Küveyti təmsil edən gənclərdən ibarət nümayəndə heyətinin Bakıya səfəri zamanı İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərovun LoYAC gənclər təşkilatının nümayəndələri ilə görüşü keçirilmiş, təşkilatın rəhbərliyi "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək verməyə hazır olduğunu bildirmişdi.

Digər xəbərlər