PDF Oxu

Əsas

  • 15

Tələbələr arasında inşa olimpiadası keçirildi

Tələbələr arasında inşa olimpiadası keçirildi
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində (ATU) ali məktəblərin əlaçı tələbələri arasında ulu öndərimiz Heydər Əliyevin 87 illiyinə həsr edilmiş "Gənclərimiz milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır" adlı inşa olimpiadası keçirildi.
Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, qeyd etdi ki, milli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan, ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: "...Biz öz milli-mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
M.İbrahimqızı onu da vurğuladı ki, ulu öndərimizin əsas amalı gəncləri milli dəyərlərimizin daşıyıcılarına çevirməkdən ibarət olub: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik," - deyən dahi lider verdiyi qərarlarla, etdiyi möhtəşəm çıxışlarla gənc nəsli milli dəyərlərimizə dərindən yiyələnməyə səsləmişdir. Bu gün Azərbaycan gəncliyi də Heydər Əliyev yolunu layiqincə davam və inkişaf etdirən Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, onun yolunun yolçusuna çevrilərək milli dəyərlərimizin təbliğində və yaşadılmasında əvəzsiz rol oynayır".
Qeyd edək ki, olimpiada 6 ali məktəbdən gələn əlaçı tələbələr və magistrlər arasında keçirildi. Olimpiadada 220 tələbə və magistr, eyni zamanda, xarici ölkədən- Koreyadan olan tələbə də iştirk etdi. Qaliblərin mükafatlandırılması bu ilin may ayında - ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində olacaq. Qaliblər bir il müddətinə Heydər Əliyevin adını daşıyan təqaüdlə mükafatlandırılacaqlar.

Digər xəbərlər