PDF Oxu

Əsas

  • 17

Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir

Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir
Məlum olduğu kimi, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi Ermənistanın qeyri-konisturiktiv mövqeyi nəticəsində hələ də işğaldan azad edilməyib.
Təəssüf ki, beynəlxalq qurumlar Ermənistanın işğalı ilə bağlı qətnamə qəbul etsələr də, işğalçı dövlət beynəlxalq təşkilatların qətnamələrini icra etməyib. Ermənistan prezidenti Serj Sarksiyan dəfələrlə qeyd edib ki, adıçəkilən ölkə öz prinsiplərindən geri çəkilməyəcək. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd etdi ki, S.Sarkisyan bu cür fikirlər səsləndirməklə, özlərini bir daha ifşa etmiş olur:
- Ermənistan prezidenti öz əməlləri ilə həmişə özünün qeyri-konstruktiv mövqeydə olduğunu göstərib. Təbii ki, biz Serj Sarkisyandan bundan artıq mövqe gözləmərik. Çünki Dağlıq Qarabağın işğal olunmasında və orada baş vermiş faciələrdə onun böyük rolu var. Bildiyiniz kimi, bütün beynalxalq təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanıyıb. Birləşmiş Millətlər Təşkilatı, AŞPA və eləcə də, İslam Konfransı Təşkilatı Ermənistanı işğalçı kimi qəbul ediblər. Bir sözlə, dünyanın aparıcı beynalxalq təşkilatları da adıçəkilən ölkəni işğalçı kimi tanıyır və beynəlxalq sənədlərdə də Ermənistanın işğalçı ordusunun ərazimizdən qeyd-şərtsiz çıxması tələb olunur. İki cür müharibə var: ədalətli və ədalətsiz. Ermənistan hər zaman ədalətsiz müharibələr edib və torpaqlarımızı işğal edib. Azərbaycan sülh yolu ilə torpaqlarını işğaldan azad edə bilməsə, yəni sülh danışıqları heç bir nəticə verməsə, onda biz digər bir yolla-hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Bu faktdır ki, bu gün S.Sarkisyan böyük xəstəliyə tutulub. Bu gün bütün dünya, o cümlədən, Ermənistan vətəndaşları da başa düşür ki, onların liderləri yalnış yoldadır. Demək olar ki, Ermənistan dövləti gündən-günə geriyə gedir və yoxsul bir vəziyyətə düşüb. Amma Azərbaycan isə, öz uğurlu inkişafını davam etdirir və gündən-günə çiçəklənir. Bir sözlə, bu gün Ermənistan əhalisi çox acınacaqlı vəziyyətdədi. Demək olar ki, işğalçı ölkənin bütün gəncləri, imkan düşən kimi, öz ölkələrini tərk edib, xarici ölkələrə üz tuturlar. Ona görə də, S.Sarkisyan etdiyi əməllərinə görə xalq qarşısında cinayət etdiyini başa düşür, geriyə də yol tapa bilmir. Gərək S.Sarkisyan xalqın qarşısında çıxıb etiraf etsin ki, həqiqətən də, o, Ermənistanı uçurum qarşısında qoyub.
Bu gün Prezident İlham Əliyev cənabları çalışır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapsın. Lakin Ermənistan hələ də qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Həmçinin, ATƏT-in Minisk Qurupunun da fəaliyyəti qənaətbəxş deyil. Adıçəkilən qrupda təmsil olunan hər 3 dövlət, xüsusən də, Fransa öz ermənipərəst mövqeyi ilə seçilir. Təbii ki, bu danışıqlar sonsuza qədər davam edə bilməz. Ölkə başçısı İlham Əliyev də dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapmasa, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Gərək erməni tərəfi başa düşsün ki, Azərbaycan indi elə bir qüdrətli dövlətə çevrilib ki, istənilən vaxt öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır.
Əvvəldə də, qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar Ermənistan ordusunun torpaqlarımızdan çıxmasına dair qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Bu da, ondan irəli gəlir ki, dünyada erməni diasporu çox güclüdür. ATƏT-in Minsk Qrupuna daxil olan 3 ölkədə (RF, Fransa, ABŞ) onların diasporunun təsir imkanları böyükdür. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistandan tələb etməlidirlər ki, öz işğalçı qoşunlarını Azərbaycanın işğal edilmiş ərazisindən çıxarsın.
Bildiyiniz kimi, qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Ancaq təəssüf ki, ermənilərin xalqımızın başına gətirdiyi faciələri yetərincə dünya ictimaiyyətinin diqqətinə çatdıra bilməmişik. Düzdür, Heydər Əliyev Fondu, o cümlədən, fondun Moskva nümayəndəliyi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında böyük işlər görür. Belə ki, Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri, Leyla xanım Əliyevanın təşkilatçılığı ilə"Xocalıya ədalət" kampaniyasının aparılması bu istiqamətdə görülən işlərin ən başlıcasıdır. Hesab edirəm ki, digər QHT-lər də bu işdə fəal olmalıdırlar. Əgər biz erməni təcavüzünü dünya ictimaiyyətinin nəzərinə yetərincə çatdıra bilsək, o zaman Ermənistan işğalçılıq siyasətindən əl çəkəcək. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Azərbaycan həqiqətlərinin, o cümlədən, Ermənistanın Azərbaycana təcavüzünün dünya ictimaiyyətinin nəzərə çatdırılması istiqamətində böyük işlər görüldü. Ümummilli liderimizin uğurlu siyasəti nəticəsində beynəlxalq təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanıdı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq, Azərbaycan regionda lider ölkəyə çevrilib. Həm Ermənistan hakimiyyəti, həm də dünya ictimaiyyəti anlayır ki, Azərbaycan güclü bir dövlətdir. Eyni zamanda, dünya onu da anlayır ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi öz həllini tapacaq.

Digər xəbərlər