PDF Oxu

Əsas

  • 14

Türkiyənin milli təhsil naziri Bakı Dövlət Universitetində olub

Türkiyənin milli təhsil naziri Bakı Dövlət Universitetində olub
Türkiyənin milli təhsil naziri xanım Nimet Çubukçu dünən Bakı Dövlət Universitetində olub. Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov qonaqları səmimi salamlayıb, rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat verib. Nimet Çubukçu bildirib ki, Türkiyənin dövlət büdcəsindən ən çox vəsait ayrılan sahə təhsildir. Gəncliyin inkişafına yatırılmış vəsait gələcəyə yatırılmış vəsaitdir. Nazir vurğulayıb ki, biz Azərbaycanda təhsil alan gənclərimizin vətənə yaxşı mütəxəssis kimi qayıtmasını istəyirik. Nazir ölkəsindəki ali məktəblər, həmçinin türk gənclərinin xaricdə təhsil alması barədə danışıb. Türkiyəli tələbələr sayca ən çox Azərbaycandadır. Təkcə Bakı Dövlət Universitetındə onların sayı 1000 nəfərə yaxındır.

Digər xəbərlər