Məzahir Pənahov: “Səsvermənin nəticələri ləğv olunmuş bələdiyyələrə təkrar seçkilər üç aydan sonra keçiriləcək”
Dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri ləğv olunmuş bələdiyyələrə təkrar seçkilər üç aydan sonra keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. MSK sədrinin sözlərinə görə, bu müddət qanunvericilikdə müəyyənləşdirilib və rəhbərlik etdiyi qurum qanunvericiliyə uyğun addımlar atacaq. Qeyd edək ki, MSK-nın yanvarın 11-də keçirilmiş iclasında 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə seçkilərin etibarsız hesab edilməsi haqqında qərar çıxarılıb.