PDF Oxu

Əsas

  • 15

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fikrət İsmayılov dünya azərbaycanlılarının birləşməsi və mütəşəkkilləşməsi işində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirdi. O, 31 dekabr tarixinin təqvimə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi daxil olmasını məhz ümummilli liderin adı ilə bağladı.
Tədbirdə çıxış edən təşkilatın sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov qeyd etdi ki, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi Naxçıvan Ali Məclisində qəbul olunandan sonra Azərbaycan parlamentinə göndərildi. Beləliklə, 1991-ci il dekabrın 26-da bu qərar parlament tərəfindən təsdiq olundu və artıq 18 ildir ki, xalqımız bu bayramı böyük sevinclə qeyd edir. Onun sözlərinə görə, bu tarix çox uzaq olmasa da, özünün əhatəliliyinə görə, bütün bayramlardan üstündür: "O dövrdə Azərbaycanı istəməyən qüvvələr müxtəlif vasitələrdən istifadə edərək, ölkəmizi 1918-ci ildə üzləşdiyi vəziyyətə salmaq istəyirdilər. Ən böyük xoşbəxtliyimiz isə, o oldu ki, 1993-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldi. Hakimiyyətdə olduğu 10 il müddətində ölkəmizi yaşatdı, uğurlu sabahlara apardı".
Tağı Əhmədov onu da bildirdi ki, dünyada yaşayan azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, gərək milli mənsubiyyətlərini unutmasınlar. Çünki bizi birləşdirən milli mənsubiyyətimiz, milli-mənəvi dəyərlərimizdir. O, vurğuladı ki, millətini, vətənini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır.
Tağı Əhmədov ümummilli lider Heydər Əliyevin xalqımızın milli həmrəyliyi istiqamətində həyata keçirdiyi tədbirlərin bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini nəzərə çatdırdı: "Azərbaycanda, ilk dəfə olaraq, 2001-ci və 2006-cı illərdə Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Tam əminliklə demək olar ki, atılan addımlar nəticəsində soydaşlarımız arasında təşkilatlanma sürətlə gedir. Bu gün artıq ölkəmizin diaspor təşkilatları böyük bir gücdür, soydaşlarımızla çox sıx əlaqələri var və onlar vahid mövqedən çıxış edirlər. Ona görə də xaricdə yaşayan soydaşlarımızın fəallığı çox əhəmiyyətlidir. Dövlət başçısı İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, dünyada olan azərbaycanlılar artıq yetkinləşib və öz diaspor təşkilatlarını formalaşdırıblar".
Tədbirdə çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması təşəbbüsünün məhz ulu öndər Heydər Əliyevə məxsus olduğunu söylədi: "Dünyada Azərbaycan icmasının möhkəmlənməsində və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və yüksək fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılması da bu baxımıdan olduqca əhəmiyyətlidir. Görülən işlərin nəticəsi olaraq, bu gün hər bir azərbaycanlı dünyada yaşayan soydaşlarımızın mütəşəkkilliyi ilə fəxr edə bilər. Bundan sonra da dünyada yaşayan azərbaycanlılar çalışmalıdır ki, gördüyü hər bir işdə Azərbaycan adına layiq olsunlar".
Tədbirdə, eyni zamanda, Azərbaycan Dövlət Texniki Universitetin rektoru, professor Havar Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Xədicə İsgəndərova, YAP Yasamal rayon təşkilatı qadınlar şurasının nümayəndəsi, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məsul əməkdaşı Rəhimə Əliyeva və digərləri çıxış etdilər. Daha sonra YAP-a yenicə üzv olan ADTU-nun tələbələrinə üzvlük vəsiqələri verildi.
Sonda Fikrət İsmayılov təkliflə çıxış etdi. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilən faydalı və xalqımız üçün əhəmiyyətli tədbirlər nəticəsində xalqımızin bölünməz və dinamik birliyinə nail olunub. "Mən bu birliyin bütün türk dünyasını əhatə etməsinin tərəfdarıyam" deyə qeyd edən F.İsmayılov diqqəti Ümumtürk Həmrəyliyi Gününün təqvimə salınmasının əhəmiyyətinə yönəltdi.Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fikrət İsmayılov dünya azərbaycanlılarının birləşməsi və mütəşəkkilləşməsi işində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirdi. O, 31 dekabr tarixinin təqvimə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi daxil olmasını məhz ümummilli liderin adı ilə bağladı.
Tədbirdə çıxış edən təşkilatın sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov qeyd etdi ki, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi Naxçıvan Ali Məclisində qəbul olunandan sonra Azərbaycan parlamentinə göndərildi. Beləliklə, 1991-ci il dekabrın 26-da bu qərar parlament tərəfindən təsdiq olundu və artıq 18 ildir ki, xalqımız bu bayramı böyük sevinclə qeyd edir. Onun sözlərinə görə, bu tarix çox uzaq olmasa da, özünün əhatəliliyinə görə, bütün bayramlardan üstündür: "O dövrdə Azərbaycanı istəməyən qüvvələr müxtəlif vasitələrdən istifadə edərək, ölkəmizi 1918-ci ildə üzləşdiyi vəziyyətə salmaq istəyirdilər. Ən böyük xoşbəxtliyimiz isə, o oldu ki, 1993-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldi. Hakimiyyətdə olduğu 10 il müddətində ölkəmizi yaşatdı, uğurlu sabahlara apardı".
Tağı Əhmədov onu da bildirdi ki, dünyada yaşayan azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, gərək milli mənsubiyyətlərini unutmasınlar. Çünki bizi birləşdirən milli mənsubiyyətimiz, milli-mənəvi dəyərlərimizdir. O, vurğuladı ki, millətini, vətənini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır.
Tağı Əhmədov ümummilli lider Heydər Əliyevin xalqımızın milli həmrəyliyi istiqamətində həyata keçirdiyi tədbirlərin bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini nəzərə çatdırdı: "Azərbaycanda, ilk dəfə olaraq, 2001-ci və 2006-cı illərdə Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Tam əminliklə demək olar ki, atılan addımlar nəticəsində soydaşlarımız arasında təşkilatlanma sürətlə gedir. Bu gün artıq ölkəmizin diaspor təşkilatları böyük bir gücdür, soydaşlarımızla çox sıx əlaqələri var və onlar vahid mövqedən çıxış edirlər. Ona görə də xaricdə yaşayan soydaşlarımızın fəallığı çox əhəmiyyətlidir. Dövlət başçısı İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, dünyada olan azərbaycanlılar artıq yetkinləşib və öz diaspor təşkilatlarını formalaşdırıblar".
Tədbirdə çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması təşəbbüsünün məhz ulu öndər Heydər Əliyevə məxsus olduğunu söylədi: "Dünyada Azərbaycan icmasının möhkəmlənməsində və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və yüksək fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılması da bu baxımıdan olduqca əhəmiyyətlidir. Görülən işlərin nəticəsi olaraq, bu gün hər bir azərbaycanlı dünyada yaşayan soydaşlarımızın mütəşəkkilliyi ilə fəxr edə bilər. Bundan sonra da dünyada yaşayan azərbaycanlılar çalışmalıdır ki, gördüyü hər bir işdə Azərbaycan adına layiq olsunlar".
Tədbirdə, eyni zamanda, Azərbaycan Dövlət Texniki Universitetin rektoru, professor Havar Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Xədicə İsgəndərova, YAP Yasamal rayon təşkilatı qadınlar şurasının nümayəndəsi, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məsul əməkdaşı Rəhimə Əliyeva və digərləri çıxış etdilər. Daha sonra YAP-a yenicə üzv olan ADTU-nun tələbələrinə üzvlük vəsiqələri verildi.
Sonda Fikrət İsmayılov təkliflə çıxış etdi. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilən faydalı və xalqımız üçün əhəmiyyətli tədbirlər nəticəsində xalqımızin bölünməz və dinamik birliyinə nail olunub. "Mən bu birliyin bütün türk dünyasını əhatə etməsinin tərəfdarıyam" deyə qeyd edən F.İsmayılov diqqəti Ümumtürk Həmrəyliyi Gününün təqvimə salınmasının əhəmiyyətinə yönəltdi.

Digər xəbərlər