PDF Oxu

Əsas

  • 10

Hidayət Orucov: “Yanvarın 1-ə kimi şəhadatnamə alınması üçün Dini Komitəyə müraciət edilməsə, o zaman icmaların məsələsinə baxılacaq”

Hidayət Orucov: “Yanvarın 1-ə kimi şəhadatnamə alınması üçün Dini Komitəyə müraciət edilməsə, o zaman icmaların məsələsinə baxılacaq”
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini icmaların qeydiyyatdan keçməsi münasibəti ilə şəhadətnamaələrin təqdim olunma mərasimi keçirilib. SİA-nin məlumatına görə, tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib ki, bu günə qədər Azərbaycanda 90 dini icma qeydiyyatdan keçib. Onun sözlərinə görə, 90-cı şəhadətnamə dini icma rəhbərinə bu gün təqdim olunub.
"Ümumiyyətlə isə, 400-ə yaxın dini icma Komitəyə müraciət edib. Hazırda onların sənədləri öyrənilir, təkmilləşdirilir və onlara baxılır. Bu gün 15 dini icma qeydiyyatdan keçmək üçün tam hazırdırlar və bu gün şəhadətnamaələri imzalanması üçün sənədlər mənə təqdim olunacaq", - deyən H.Orucov qeyd edib ki, hər gün 5-7 dini icmanın dövlət qeydiyyatına alınması sənədləri hazırlanır.
"Təbii olaraq, müraciət edən dini icmaların əksəriyyəti İslamdır. Çünki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Bu günə kimi dövlət qeydiyyatına alınan dini icmalar arasında 7-8-i qeyri-İslam olub", - deyə H.Orucov vurğulayıb.
Sonra Komitə sədri H.Orucov bu gün Azərbaycanda daha 28 dini icmanın dövlət qeydiyyatdan keçməsi münasibəti ilə şəhadətnamələri təqdim edib.
Qeyd edək ki, bu gün dövlət qeydiyyatından keçən dini icmalar arasında Sumqayıt Yəhudiləri və "Yeni Həyat" Xristian Dini İcmaları da olub.
"Dini etiqad azadlığı haqqında" qanunda nəzərdə tutulan maddələr tədbiq ediləcək. SİA-nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.
Komitə sədri H.Orucov bildirib ki, dini icmaların fəaliyyətinin dayandırılması məsələsinə baxılacaq. Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə qədər dövlət qeydiyyatına alınan dini icmalar əgər 2010-cu ilin yanvar ayının 1-ə kimi şəhadatnamə alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etməsələr, o zaman icmaların məsələsinə baxılacaq.
"Ancaq, yeni dini icmalar hər zaman Komitəyə müraciət edə bilərlər. Gələcəkdə də cəmiyyətdə yeni dini icmalar yaranacaq və onların müraciət etmə hüquqları var. Bunun üçün də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu məsələyə baxıla bilər", - deyə H.Orucov əlavə edib.

Digər xəbərlər