PDF Oxu

Əsas

  • 11

Ölkəmizdə azad, demokratik seçki mühiti formalaşıb

Ölkəmizdə azad, demokratik seçki mühiti formalaşıb
Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının gənclər birliyi bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış partiya üzvləri ilə görüşü keçirildi. Görüşdə YAP Xazı rayon təşkilatının sədri Fərrux Haqverdiyev çıxış edərək, "partiyamızın digər yerli strukturları kimi, YAP Xızı rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır" fikrini söylədi.
F.Haqverdiyev onu da vurğuladı ki, bu seçkilər əvvəlki iki seçkilərdən fərqli olacaq: "Cari ilin sonunuda keçiriləcək üçüncü bələdiyyə seçkilərində qadınlara və gənclərə daha çox dəstək olunacaq. Məqsədimiz yerli özününidarəetmə orqanlarında qadınlarımızın və gəkclərimizin də təmsil olunmasıdır. Çünki bu gün istər qadınlarımız, istərsə də, gənclərimiz hər bir sahədə çox yüksək səviyyədə təmsil olunurlar. İstərdik ki, onların peşəkar səviyyəsi, ictimai səviyyə ilə bərabər olsun və inanırıq ki, belə də olacaq".
F.Haqverdiyev seçki prosesinin ölkədə siyasi-iqtisadi və sosial atmosferə təsir edən bir proses olduğunu bildirdi. Qeyd etdi ki, gənclərimizin yerli özününidarəetmə orqanlarında sınaması heç də problem deyil: "Çünki bələdiyyələr gənclərin idarəçilik qabiliyyətini göstərmək üçün əsas vasitədir. Ona görə də, gənclərimiz bu seçkilərdə də fəallıqları ilə fərqlənməlidirlər. Bu mənada da, Yeni Azərbaycan Partiyası onlara daha çox etibar edir və gənclərin üçüncü yerli özünüidarəetmə orqanlarına seçilməsinə üstünlük verir. Eyni zamanda, dövlətimiz tərəfindən gənclərimiz göstərilən qayğıya cavab olaraq, bu seçkidə də özünü daha layiqli göstərməlidir".
YAP Xızı rayon təşkilatının gənclər birliyinin sədr əvəzedicisi Pərviz Zeynalov, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də gənclərin potensial imkanlarından səmərəli istifadə olunması üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildirdi. P.Zeynalov onu da vurğuladı ki, yerli özünüidarəetmə orqanlarında gənclərə daha çox yer veriləcək: "Bələdiyyələr gənclərin idarəçilik qabiliyyətini göstərmək üçün əsas vasitədir. Ona görə də, gənclərimiz bu seçkilərdə də fəallıqları ilə fərqlənməlidirlər. Çünki Yeni Azərbaycan Partiyası onlara daha çox etibar edir və gənclərin üçüncü yerli özünüidarəetmə orqanlarına seçilməsinə üstünlük verir. Eyni zamanda, dövlətimiz tərəfindən gənclərimiz göstərilən qayğıya cavab olaraq, bu seçkidə də özünü daha layiqli göstərməlidir".
P.Zeynalov YAP Xızı rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərin yaş həddinin 21-dən yuxarı olduğunu söylədi: "Qeyd edim ki, ilk dəfə yerli özünüidarəetmə orqanlarında özünü sınayanların sayı da çoxdur. İnanırıq ki, partiyamız tərəfindən irəli sürülən namizədlər rayon seçicilərimizin dəstəyi ilə qələbə qazanacaqlar".
Xızı rayon icra hakimiyyətinin nümayəndəsi Fuad Muradov cəmiyyətin aparıcı üzvləri olan gənclərin əvvəlki siyasi kampaniyalardakı fəallıqlarını budəfəki seçkilərdə də nümayiş etdirəcəklərinə əmin olduğunu vurğuladı: "Xızı rayon gəncləri bu vaxta qədər üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəliblər. Əminəm ki, onlar bələdiyyə seçkilərində də xüsusi fəallıq nümayiş etdirəcək, YAP-ın namizədlərinin qalib gəlməsi üçün əllərindən gələni əsirgəməyəcəklər".
Ölkədə həyata keçirilən hərtərəfli islahatlardan danışan P.Zeynalov Azərbaycanın regionun lider dövləti olduğunu söylədi: "Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkədə hər gün yeniləşmə və inkişaf baş verir. Təbii ki, bu yeniləşmə və inkişafdan biz gənclərə də pay düşür".
On il ərzində yerli özünüidarəetmə strukturları daim dövlət qayğısı ilə əhatə olunduğunu deyən P.Zeynalovun sözlərinə görə, son dövrlərdə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi bələdiyyə işlərini yüksək səviyyədə qurmağa imkan verib: "Böyük xalq dəstəyinə malik olan Yeni Azərbaycan Partiyası insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. Bu baxımdan, inanıram ki, Yeni Azərbaycan Partiyasının qələbəsi üçün gənclərimiz öz qüvvələrini səfərbər edəcəklər".
Sonra tədbirdə çıxış edən gənc namizədlər qəsəbədə görülən işlərlə bağlı ətraflı məlumat verdilər və vurğuladılar ki, seçildikləri zaman rayonun inkişafı və quruculuğu yolunda bütün qüvvələrini əsirgəməyəcəklər.
Sonda yubiley yaşları tamam olan gənclər YAP Xızı rayon təşkilatı tərəfindən mükafatlandırıldı.

Digər xəbərlər