PDF Oxu

Əsas

  • 10

Xalqın istəyini tərənnüm edən partiya

Xalqın istəyini tərənnüm edən partiya
Dünən Səbail rayonu Bibi-Heybət qəsəbəsində bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərlə keçirilən görüşdə çıxış edən YAP Səbail rayon təşkilatı aparatının rəhbəri Həsən Tağıyev rayonda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışdı.
H.Tağıyev rayon təşkilatının bələdiyyə seçkilərinə ciddi hazırlaşdığını söylədi və öz işini Partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurduğunu söylədi. Qeyd etdi ki, digər zəruri seçki prosedurlarını uğurla icra edən rayon təşkilatı hazırda təşviqat kampaniyası aparır. O, bu məqsədlə rayonun bütün qəsəbələrində seçicilərlə görüşlər keçirilməsinin planlaşdırıldığını vurğulayaraq, əlavə etdi ki, seçkilərə qədər hər bir seçici partiyamızın namizədləri haqqında dolğun məlumatlara sahib olacaq.
H.Tağıyev onu da bildirdi ki, əvvəlki seçkilərlə müqayisədə, bu seçkilərdə iştirak edən namizədlərin tərkibində qadınların, gənclərin və ali təhsillilərin sayı 2 dəfədən çox artıb. Ötən dövr ərzində bələdiyyələrin böyük təcrübə əldə etdiyini söyləyən H.Tağıyev əmin olduğunu vurğuladı ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacaq: "Bu baxımdan da, əminliklə vurğulamaq istərdim ki, ölkədə baş tutmuş bütün seçki kampaniyalarını uğurla başa vuran YAP Səbail rayon təşkilatı bələdiyyə seçkilərində də qarşıya qoyulmuş məqsədə nail olacaq".
YAP Səbail rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülən Qurban Abbasov yerli özünüidarə institutunun-bələdiyyənin Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyətinin başlıca atributlarından sayıldığını bildirdi: "Yeni Azərbaycan Partiyası, hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət göstərən Ümummilli Lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir".
Bələdiyyələrə üçüncü seçkinin keçirildiyini deyən Q.Abbasov bələdiyyələrin səlahiyyətlərinin daha da artdığını və özünüidarəetmə strukturu ərazilərin quruculuq-abadlıq işlərində, əhalinin sosial durumlarının daha da yaxşılaşdırılmasında yeni imkanlar əldə edildiyini söylədi: "Yerli özünü idarəetmə qurumları əhalinin maraq və mənafeyini yerinə yetirməkdə müəyyən işlər həyata keçirməlidir. Bu 10 il müddətində Səbail bələdiyyəsi tərəfindən əhalinin sosial problemlərinin yaxşılaşdırılması, rayonda aparılan quruculuq işləri bu gün də davam etdirilir. Eyni zamanda, bunu da xüsusi olaraq vurğulamaq istərdim ki, builki seçkilərdə YAP namizədlərinin sayının ötən seçkilərə nisbətən daha çox olması və əhalinin seçkilərə xüsusi diqqət yetirməsi bələdiyyə üzvlərinin üzərinə daha böyük məsuliyyət qoyur. İnanıram ki, seçicilər hər zaman olduğu kimi, bu seçkilərdə də real işə qiymət verəcək, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklər".
YAP Səbail rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş İnşallah Hüseynov partiyanın namizədlərinin bələdiyyələrdə təmsil olunmağa layiqli insanlar olduğunu dedi: "Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi YAP-ın Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır. Bu gün müxalifətin seçkilərdə iştirakı yox səviyyəsindədir. Çünki onların xalqa deməyə sözü yoxdur".
Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu deyən İ.Hüseynovun sözlərinə görə, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir: "Bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar. Bu baxımdan, hər bir siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Səbail rayon seçiciləri yüksək fəallıq göstərəcək və dekabrın 23-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanacaq".
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Həsən Əsgərov rayon seçicilərinin yerli özünüidarətemə orqanı sayılan bələdiyyələrə mövqeyinin artdığını vurğuladı. Bildirdi ki, artıq bu sahədə 5 ildir ki, fəaliyyət göstərirəm: "Bu gün əhalinin namizədlərlə sıx görüşləri, onu deməyə əsas verir ki, əhali bu seçkidə də fəallıq nümayiş etdirəcək. Ümummilli Liderimiz Heydər Əliyev yerli özünüidarətemə orqanı ilə bağlı belə bir fikir söyləmişdir: "Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil, yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir". Həqiqətən də, ölkədə demokratiyanın bəhrəsi olan bələdiyyələr yeddi ildir ki, yerlərdə özlərini doğruldur, layiqli mövqe qazanırlar. Odur ki, bələdiyyələrə meyil, maraq getdikcə artır. Bu da həqiqətdir ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqın partiyası olduğunu sübut edib, bu gün də edir. Çünki böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində böyük rol oynayır. Mən inanıram ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən Səbail seçiciləri bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək".
Görüşdə bələdiyyə üzvlüyünə namizəd Nizami Fərəcov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının hər zaman xalqa xidmət prinsipini prioritet saydığını vurğuladı: "Yeni Azərbaycan Partiyası 2009-cu il bələdiyyə seçkisi kampaniyasını da "Xalqa xidmət naminə" şüarı altında aparır. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz xalqa xidmət etmək üçün partiya tərəfindən seçiliblər. Səsləndirilən təkliflər vətəndaşların rahatlığına hesablanıb. Böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. İnanıram ki, Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq və formalaşan Azərbaycan bələdiyyələri, Yeni Azərbaycan Partiyasının şüarında qeyd olunduğu kimi, var gücü ilə xalqına xidmət göstərəcək".
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Mehriban Paşayev bələdiyyələrdə qadınların və gənclərin sayının artması məsələsinə də xüsusi diqqət ayrıldığını dedi: "Azərbaycan qadınlarının daim ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə öz fəallıqları ilə seçilirlər. Bu baxımdan, dövlətimizin qadınlarla bağlı siyasəti zərif cinsin nümayəndələrinin öz potensialını sübut etməyə, istedad və qabiliyyətini nümayiş etdirməyə imkan verir. Bu mənada, hesab edirəm ki, bələdiyyələr qadınlarımız üçün çox gözəl fəaliyyət müstəvisi ola bilər".
"Qadınlar olan yerdə gözəllik, inkişaf və qələbə olur" fikrini söyləyən M.Paşayeva YAP-ın bu seçkilərdə qadınların da potensialından yararlanmaq üçün tədbirlər gördüyünü diqqətə çatdırdı və bildirdi ki, YAP Səbail rayon təşkilatı tərəfindən irəli sürülmüş qadın namizədlər bələdiyyə seçkilərində qələbə qazanmaq əzmindədir.
"Gənclərimiz idarəçilik sahəsində də qabiliyyətlərini göstərəcəklərinə inanırıq" fikrini söyləyən YAP Səbail rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş Röşən İsmayılov hakim partiyanın kəmiyyət və keyfiyyət baxımından ölkədə yeganə aparıcı siyasi qüvvə olduğunu vurğuladı. Bildirdi ki, 2009-cu ilin bələdiyyə seçkilərinin favoriti məhz Yeni Azərbaycan Partiyasıdır: "Bu seçkidərdə YAP-ın irəli sürdüyü namizədlər içərisində gənclər və qadınların sayı daha çoxluq təşkil edir. Bu isə gənclərə olan diqqət və qayğının müsbət nəticəsidir. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsi olmaqla yanaşı, həm də ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edən qüvvədir."
"Belə görüşlərin keçirilməsi bələdiyyə seçkilərində öz müsbət nəticəsini verən bir haldır" sözlərini deyən R.İsmayılov onu da qeyd etdi ki, bələdiyyələr əhali ilə sırf əlaqədə olan idarəetmə orqanlarıdır. Bu gün partiyamız tərəfindən irəli sürülən namizədlər kampaniya xarakterli görüşlər keçirməyi planlaşdırmır. Onlar seçicilərin seçiminə hörmətlə yanaşaraq, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə qarşılarına qoyublar. Ona görə də, bu seçkidə də, hakim partiyanın namizədlərinin qalib gələcəyinə tam əminik.
Tədbirin sonunda namizədlərlə seçicələr arasında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər