PDF Oxu

Əsas

  • 13

Milli Məclisin iclasında bir neçə mühüm qanun qəbul edildi

Milli Məclisin iclasında bir neçə mühüm qanun qəbul edildi
Dünən Milli Məclisin iclası keçirilib. İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, ötən iclasda müzakirəsi yarımçıq qalmış "2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanunu"nun layihəsinə münasibət bildiriləcək. Qanun layihəsində Ailə və Əmək məcəllələrinə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilib. Ailə Məcəlləsinə düzəlişdə qeyd olunmuşdur ki, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyətləri orqanları nəzarət etməlidirlər. Əmək məcəlləsinə edilmiş dəyişikliyə görə, 15 yaşına çatmamış uşaqlarla əmək müqaviləsi bağlamaq qadağan edilir. Əks təqdirdə, işəgötürən məsuliyyətə cəlb ediləcək.
Qanun layihəsi geniş müzakirələrə səbəb olub. "Xarici investisiyanın qorunması haqqında", "Gömrük tarifi haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi", "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanunu"nun layihələri haqqında iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Sosial siyasət komitəsinin Hadı Rəcəbli "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanunu"nun layihəsi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu"nun layihəsi haqqında iclas iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsdiq edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsini rəhbər tutularaq "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə" qanun layihəsində 9 noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" qeyri-iş günü kimi qeyd olunub.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda və "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanunu"nun layihəsi haqqında mədəniyyət komitəsinin sədri Nizami Cəfərov danışıb.
Qanun layihələri səsə qoyulmuş və təsdiq edilib.
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanunu"nun layihəsi barədə (ikinci oxunuş) iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib. Qanun layihəsinə düzəlişlərlə bağlı bəzi fikir və təkliflər səsləndirilib. Onların üçüncü oxunuşda müzakirəyə çıxarılacaq layihədə nəzərə alınacağı bildirilib.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası qanunu"nun layihəsi haqqında məlumat verib.
Geniş müzakirələrə səbəb olan qanun layihəsi təsdiq edilib.

Digər xəbərlər