PDF Oxu

Əsas

  • 13

YAP ölkənin avanqard siyasi qüvvəsidir

YAP ölkənin avanqard siyasi qüvvəsidir
YAP Gədəbəy rayon təşkilatı Gədəbəy rayon mədəniyyət evində, Xar-Xar, Slavyanka və Zəhmət kəndlərində dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov bələdiyyə seçkilərilə bağlı ümumi məlumat verib və bələdiyyələrin Azərbaycanda gənc özünüidarəetmə strukturu olduğunu söyləyib: "Ötən müddət ərzində bələdiyyələrin fəaliyyətində müəyyən çatışmazlıqlar olsa da, bu gün artıq onlar aradan qaldırılmaq üzrədir. Yəni, bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, bu strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib".
YAP rayon təşkilatının sədri onu da bildirdi ki, 57954 seçici 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələri üzrə 61 məntəqədə səs verəcəklər: "31 yeni bələdiyyə üzrə keçiriləcək bələdiyyə seçkilərinə rayon üzrə 512 nəfər namizəd irəli sürülübdür ki, onların 509 nəfəri qeydiyyatdan keçibdir. Qeydiyyatdan keçmiş namizədlərin 285 nəfəri partiya tərəfindən irəli sürülüb. Dövlətimizin siyasətinə uyğun olaraq, bu seçkilərdə fəal və intellektual səviyyəyə malik olan gənclərin və qadınların namizədliyinə daha çox üstünlük verilib. Belə ki, YAP tərəfindən irəli sürülmüş namizədlərin 128 nəfərini, yəni 44,5 faizini qadınlar, 88 nəfərini isə, yəni 31 faizini gənclər təşkil edir. Əvvəlki seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP fəalları öz namizədlərinin qələbəsi üçün səylərini əsirgəməyəcəklər. Elə partiyamızın "Xalqa xidmət naminə" seçki proqramının da əsas məqsədi bugünkü inkişafı sürətləndirmək, xalqın maddi rifahını daha yüksək səviyyəyə çatdırmaq və xalqa daha sədaqətlə xidmət göstərməkdir. Ona görə də, partiyamız tərəfindən bələdiyyələrə irəli sürülən namizədlərimizin dəyərli vətəndaşlarımız tərəfindən dəstəklənəcəklərinə inanırıq".
YAP-ın bələdiyyə seçikləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Rafiq Məmmədhəsənov çıxış edərək, bildirdi ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək, bu gün cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilmişdir. Partiyamızın böyük nüfuza malik olması onun yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
R.Məmmədhəsənov çıxışı zamanı qeyd etdi ki, ölkəmizdə keçirilən üçüncü bələdiyyə seçkisi əvvəlki seçkilərdən fərqli keçəcək: "Bu seçkidə qadınlara və gənclərə geniş yer veriləcək. Çünki qadınların bələdiyyələrdə təmsil olunmaları zamanın tələbindən irəli gələn təbii prosesdir. Qadınlar daha obyektiv və səmimidirlər ki, bu da bələdiyyələrdə işlərin normal getməsi üçün şəraitin yaranması deməkdir".
R.Məmmədhəsənov bələdiyyələrin yeni yaradılmış qurum olduğunu da vurğulayaraq, namizədlərə yerlərdə keçiriləcək növbəti görüşlərlə bağlı tövsiyələrini də verdi. Bildirdi ki, bələdiyyələrə seçiləcək şəxslər yerli əhali ilə daha sıx münasibətlər qurmalı, yarana biləcək problemlərin aradan qaldırılmasında daha böyük səy göstərməlidirlər. Millət vəkili onu da qeyd etdi ki, bələdiyyələrin ictimaiyyətlə birgə fəaliyyətləri təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin aparılması əsas vəzifə kimi qarşıda durmalıdır: "İnanıram ki, bu seçkilərdə də rayonun seçiciləri Azərbaycanda xalqın etimadını, sevgisini qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklər".
Görüşdə bələdiyyə üzvülüyünə namizdlərin sualları və təklifləri səsləndi. YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəci namizdləri maraqlandıran məsələlərə öz münasibətini bildirdi.

Digər xəbərlər