Bələdiyyə seçkiləri demokratik institutların formalaşmasına təkan verəcək
Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış partiya üzvləri üçün treninq keçirildi. Tədbiri açan YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, "partiyamızın digər yerli strukturları kimi, YAP rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır" fikrini söylədi.
YAP-ın bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə getdiyini vurğulayan N.Ağayev bildirdi ki, partiyamız bu seçkilərdə qarşısına bir sıra məqsədlər də qoyub. Azərbaycanın yerli özünüidarəetmə institutunun formalaşması istiqamətində xeyli təcrübə qazanıldığını xüsusi qeyd edən N.Ağayev dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinin də cəmiyyətimizin həyatında mühüm hadisə olacağını vurğuladı.
N.Ağayev onu da qeyd etdi ki, rayonda 40 bələdiyyəyə 374 bələdiyyə üzvü seçilməlidir: "YAP Xaçmaz rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə 374 nəfər namizədliyini irəli sürüb ki, onların hamısının namizədliyi qeydə alınıb. Qeydə alınanların 31 faizi qadın, 30 faizi isə gənclərdir".
Rayon sakinlərinin dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdirdiyini vurğulayan N.Ağayev qarşıdan gələn bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söylədi: "Xaçmazlılar Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir".
Yerli özünüidarəetmə orqanlarına savadlı və bacarıqlı namizədlərin irəli sürüldüyünü vurğulayan N.Ağayev Xaçmaz sakinlərinin dövlətə və dövlətçiliyimizə daim sədaqət nümayiş etdirdiyini vurğuladı. Bildirdi ki, qarşıdan gələn bələdiyyə seçkilərində də bu, bir daha təsdiqlənəcək.
N.Ağayev, həmçinin, keçirilən tədbirin YAP-ın 17-ci ildönümünə təsadüf etdiyini toplantı iştirakçılarının nəzərinə çatdırdı. YAP-ın yaranması və cəmiyyət özünə layiqli yer tutması Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev ideyalarına olan inamının, ümidlərinin ifadəsi idi. Sevindirici haldır ki, YAP yarandığı gündən bugünədək bu inamı yüksək səviyyədə doğruldub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışının ən möhtəşəm nəticəsi bugünkü Azərbaycan, onun sürətli inkişafı, hər bir kəsin həyatında baş verən müsbət dəyişikliklərdir. Təbii ki, Azərbaycanın inkişafı, Heydər Əliyev yolu ilə irəliləməsi, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlu nəticələri Ulu Öndərin yaratdığı və hazırda cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın da güclənməsinə, sıralarının artmasına, cəmiyyətdə mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub".
YAP İdarə Heyətinin üzvü, partiyanın səlahiyyətli nümayəndəsi, millət vəkili Eldar İbrahimov çıxış edərək, bələdiyyə seçkilərinə, ümumilikdə, bu quruma böyük önəm verildiyini bildirdi. Bələdiyyələrin normal fəaliyyət göstərmələri üçün müvafiq qanun aktlarının qəbul olunduğunu deyən E.İbrahimov bu qurumda gənclərin və qadınların çoxluq təşkil etməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımandan mühüm əhəmiyyət daşıyır. E.İbrahimov diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının "Xalqa xidmət naminə" devizi ilə seçkilərə qatılması ictimaiyyətin fəallığını artırır, xalqla-Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqəni və etimadı daha da sıxlaşdırır".
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov keçirilən görüşün tarixi bir gündə - noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü günündə keçirildiyini xalqımızın əziz günlərindən olduğunu bildirdi. YAP-ın yaradılmasının 17-ci ildönümü münasibəti ilə Azərbaycan xalqını, partiyanın yaradıcılarını, bu prosesdə zəhməti olan hər kəsi təbrik edən S.Novruzov xüsusi olaraq, vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, partiyanın yaradılmasında iştirak edən insanlar YAP-ın qızıl fondudur. O, insanlar belə bir partiyanın yaradılmasında iştirak etdikləri üçün fəxr hissi keçirə bilərlər.
S.Novruzov Yeni Azərbaycan Partiyasının ölkənin iqtidar partiyası olmaqla yanaşı, partiyanın hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşdığını vurğuladı. Onun sözlərinə görə, bütövlükdə, ölkə üzrə bələdiyyə üzvlüyünə 28 min nəfərə qədər namizəd qeydə alınıb. Onların da 15 min 637 nəfəri YAP-ın rəsmi şəkildə irəli sürdüyü namizədlərdir. Partiyamız ölkə üzrə 1718 bələdiyyənin hər birinə müvafiq sayda namizədlər irəli sürüb. 1718 bələdiyyə üzrə 15682 yerə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü 15637 namizəd qeydə alınıb. Builki seçkilərdə qadınlara və gənclərə daha çox yer verildiyini deyən S.Novruzov partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü bildirdi. YAP İcra katibinin müavini onu da qeyd etdi ki, partiyamız tərəfindən irəli sürülən namizədlərin bu etimadı doğruldacaqları və seçkilərdə qələbə qazanacaqları təqdirdə, əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirdi.
S.Novruzov onu da qeyd etdi ki, YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Həmin proqramda bələdiyyələrin və üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub. Bu fakt partiyanın bələdiyyələrin işinə, əhali qarşısındakı məsuliyyətinə verdiyi önəmin ifadəsi kimi də qəbul oluna bilər. Noyabrın 25-də təşviqat kampaniyasına start veriləcəyini deyən S.Novruzov bu prosesin bələdiyyə ərazilərində həyata keçirilməsinə xüsusi diqqət yetiriləcəyini də vurğuladı.
Tədbirdə çıxış edən partiyanın səlahiyyətli nümayəndəsi, millət vəkili Rauf Əliyev bildirdi ki, dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçkilər dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur: "Məlum olduğu kimi, qarşıdan yerli özünüidarəetmə orqanlarına seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq və YAP-ın namizədləri düzgün təşviqat aparıb qələbə qazanacaqlar".
Tədbirdə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, YAP-ın yaranmasının 17-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik etdi. Ş.Xanbabayev tədbirin partiyanın təsis olunması günündə keçirildiyinin sevincli gün olduğunu və Azərbaycanın müasir tarixinin ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirdi: "Bu, Azərbaycan xalqının Heydər Əliyev ideyalarına olan inamının, ümidlərinin ifadəsi idi. Sevindirici haldır ki, YAP yarandığı gündən bugünədək bu inamı yüksək səviyyədə doğruldub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışının ən möhtəşəm nəticəsi bugünkü Azərbaycan, onun sürətli inkişafı, hər bir kəsin həyatında baş verən müsbət dəyişikliklərdir. Təbii ki, Azərbaycanın inkişafı, Ulu Öndər Heydər Əliyev yolu ilə irəliləməsi, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlu nəticələridir."
Tədbiri yekunlaşdıran YAP Xaçmaz rayon təşkilatının sədri N.Ağayev namizədlərə uğurlar arzuladı