PDF Oxu

Əsas

  • 18

Seçki qanunvericiliyinə uyğun bütün zəruri tədbirlər həyata keçirilir

Seçki qanunvericiliyinə uyğun bütün zəruri tədbirlər həyata keçirilir

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı namizədlər üçün treninq keçirdi.

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Nəbi Xəlilov seçki prosesi ilə əlaqədar bütün zəruri addımların atıldığını bildirdi. YAP-ın böyük seçki təcrübəsinin olduğunu xatırladan Nəbi Xəlilov bunu təşkilatın bələdiyyə seçkilərində böyük uğur qazanmasını şərtləndirən amillərdən biri kimi xarakterizə etdi. O, qeyd etdi ki, 1999-cu ildən ildən bu günədək özünüidarəetmənin hüququ bazası nəzərəçarpacaq miqyasda genişlənmiş və təkmilləşdirilmişdir.
N.Xəlilov onu da bildirdi ki, bələdiyyə seçkilərinə hazırlıq işləri bir neçə mərhələdən ibarətdir. İlkin mərhələ olan bələdiyyələrə namizədlərinin irəli sürmə prosesi artıq başa çatmışdır. Rayonda 3 dairə-8-9-10-cu dairələr fəaliyyət göstərir. Bundan əlavə, 4-cü qarışıq dairə olan 12 saylı Qaradağ-Binəqədi-Xocasəndir. Partiya tərəfindən 100 nəfərin 8-ci, 68 nəfərin 9-cu, 100 nəfərin isə 10-cu dairədən namizədliyi irəli sürülüb.
Təşkilatın sədri bildirdi ki, rayonda fəaliyyət göstərən bəzi bələdiyyələr onlara göstərilən etimadı doğrultmamış, əhalinin sosial problemlərinin həllində laqeydlik göstərmişlər. Bu kimi hallar bələdiyyələrə olan inamı azaltmışdır. Yeni bələdiyyələrin formalaşmasında fəaliyyət göstərəcək bələdiyyə üzvləri xalqın etimadını tam şəkildə doğrultmalıdır. Ona görə də, namizədlikləri irəli sürülmüş nümayəndələr ayrı-ayrı məhəllələri gəzərək, onların problemləri ilə yaxından maraqlanmalıdırlar.
N.Xəlilov noyabrın 25-də seçkilərin təbliğat -təşviqat kampaniyasına start veriləcəyini qeyd etdi. Artıq respublikamızın bütün ərazilərində treninqlər keçirilir. Seçki kampaniyası hansı səviyyədə qurulacağı prosesi YAP Mərkəzi Aparat tərəfinidən veriləcək proqram əsasında müəyyənləşəcək. Təşkilatın sədri onu da bildirdi ki, yaradılan rayon qərargahları çox mükəmməl şəkildə qurulub: "Bələdiyyə qurumlarının işləri əhalinin tələbləri üzərində qurulmalı, onların gördüyü işlərin hər hansı ərazidə olan vətəndaşların tələblərinə uyğun olmalıdır. Fəaliyyət göstərən bələdiyyələrin bəziləri özünü doğrultmayıb. Çünki onların çoxu orta savadlı insanlardır və onlar üzərlərinə düşən səlahiyyətləri dərk etmədiklərindən, xalqımızın etimadını doğrulda bilməyiblər. Bu gün onlar arasında maarifləndirmə işləri aparmaq şərtləndirici amildir." N.Xəlilov Xocasən qəsəbəsində olan hərc-mərcliyi xatırlatdı. Bu il bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu bildirdi. Burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər əlbəttə, yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar.
Tədbirdə çıxış edən Binəqədi bələdiyyəsinin fəaliyyətdə olan sədri İlham Xəlilov və M.Rəsulzadə bələdiyyəsinin fəaliyyətdə olan sədri Hümbət Hüseynov bildirdilər ki, bu gün bələdiyyələrdə müəyyən problemlər var ki, bunlar bələdiyyələrdən asılı olmayan səbəblərdən baş verir. Məişət problemləri ilə məşğul olmaq bələdiyyələrin səlahiyyətləri daxilində deyil. Bələdiyyələrin statusu ilə yaxından tanış olmalı, səhvə yol verilməməlidir. Seçicilər arasında təbliğat elə aparılmalıdır ki, seçicilər seçki kampaniyasında fəallıq göstərsinlər.

Digər xəbərlər