PDF Oxu

Əsas

  • 15

Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətimizdir

Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətimizdir
Dünən YAP Qazax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci il dönümü ilə bağlı yığıncaq keçirdi. Yığıncaqda YAP rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri, şura üzvləri və digər partiya fəalları iştirak edirdilər.
Görüş iştirakçıları ilk öncə Ulu Öndərimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə çıxış edən rayon təşkilatının sədri Həmid Pənahov Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü ilə bağlı məruzə edərək partiyanın yaranmasının tarixi zərurətdən yarandığını vurğuladı. Qeyd etdi ki, bugünkü Azərbaycanın inkişafının, tərəqqisinin əsası məhz elə həmin dövrdə, yəni YAP-ın yarandığı zamandan qoyuldu: "Bugünün reallıqları Ulu Öndər Heydər Əliyevin söylədiyi "YAP dünənin, bugünün, gələcəyin partiyasıdır" fikrinin həqiqət olduğunu təsdiqləyir: "YAP tarixi zərurətdən yaranan partiyadır. Partiyanın yarandığı tarixi zamana, həmin dövrdə cərəyan edən proseslərə diqqət yetirəndə, bu gün hakim partiyanın cəmiyyətdəki rolunu aydın görürük. Bu zərurilik Ümumilli Lider Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabında öz əksini tapıb. Ulu Öndər bildirirdi ki, YAP Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Yarandığı gündən dövlətin, xalqın mənafeyini, milli maraqları siyasətinin önündə saxlayan YAP çox qısa zamanda ümumxalq partiyaya çevrildi. 17 ildir iqtidarda olmasını şərtləndirən amillər də məhz budur. Uğurlarımız gələcəyə böyük inamla baxmağa zəmin yaradır".
Rayon təşkilatının sədri müstəqil dövlətimizin bu gün beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyindən də geniş bəhs etdi. Bildirdi ki, bütün bu uğurların əsasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası və bu siyasətin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir: "Bu gün Azərbaycan böyük əməkdaşlıq məkanına çevrilib. Ölkəmizdə siyasi sabitliyin, normal biznes mühitinin mövcudluğu Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında mühüm rol oynayır."
Təşkilat sədri Azərbaycanın beynəlxalq qurumlarla münasibətlərinin gündən-günə möhkəmləndiyini bildirdi: "Təbii ki, bu amilin mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində rolu böyükdür. Hazırda dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Ölkəmizin haqq səsi eşidilir, erməni yalanları ifşa olunur."
Yığıncaqda partiya fəalları Abbas Göyüşov, Çingiz Pənahov, Anar Nəbiyev, Nəsibə Tağıyeva, İsgəndər Qurbanov, Bəsti Ələkbərova, Ramil Qurbanov, Möhübbət Qəhrəmanov, Murad Süleymanov çıxış edərək partiyanın yarandığı tarixi şəraitin çətinliklərindən və keçdiyi şərəfli yoldan, ölkəmizin inkişafındakı rolundan danışdılar. Sonra Şair Həvəskar "YAP-a keç dostum" şeri ilə tədbir iştirakçılarını partiyanın yaranmasının 17-ci ildönümü münasibətilə təbrik etdi.
Yığıncağın sonunda H.Pənahov yekun nitqi söyləyərək partiyamızın qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərində də qələbə çalması üçün YAP Qazax rayon təşkilatının öz işlərini günün tələbi səviyyəsində quracağından və yeni uğurlar əldə edəcəklərinə əmin olduğunu bildirdi.

Digər xəbərlər