PDF Oxu

Əsas

  • 16

ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRDİKLƏRİ REPRESSİYA, SOYQIRIMI VƏ DEPORTASİYALAR

ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRDİKLƏRİ REPRESSİYA, SOYQIRIMI VƏ DEPORTASİYALAR

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
(Əvvəli ötən sayımızda)

1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda səslənən faktlardan biri o olur ki, 476-dan çox kənd istifadə edilməmiş qalır ("Kommunist" qəzeti (Erevan), 20 yanvar 1975-ci il). 1990-cı ildə də erməni millətçiləri özləri açıqca bəyan edirlər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb ("Qolos Armenii" qəzeti, 11 noyabr 1990).
Yuxarıda göstərilənlərdən yeganə nəticəyə gəlmək olar: Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini daşımayıb. Bu hadisələr sadəcə daşnakların köhnə ideyaları və arzuları-monomillətçi dövlətin yaradılması siyasətinin elementi idi.
1953-cü ildə İosif Stalinin ölümü azərbaycanlıların köçürülməsi prosesini dayandırır. Ev-eşiklə tə`min edilməyən, mövcud şəraitə dözə bilməyən köçürülmüş azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı kin və diskirminasiyaya baxmayaraq özlərinin dədə-baba yurdlarına qıyıtmaq məcburiyyətində qalırlar. Bu proses erməni şovinizminin yeni dalğasını alovlandırır-azərbaycanlılara qarşı mənəvi terrorun həyata keçirilməsinə "start" verilir.
Tədris müəssisələrinin bağlanması, azərbaycan təhsil sektorlarının ləğvi, rəhbər vəzifədə çalışan azərilərin erməni kadrlarla əvəz olunması, azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kampaniyasının aparılması (xüsusilə 1965-ci ildə "erməni genosidi"nin 50-ci il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi.
Sovet İttifaqında gedən yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış, guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə- əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis (Basar keçər) rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından-İrevan, Zəngibasar, Kalinuno, Kadjaran, Qafan, Kirovokan, Qorus, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur-qadın və uşaqlar, yaşlılar, qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur- İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu azərbaycan kəndi Hüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq mono dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər yerli sakinlər doğma yurdundan didərgin düşdü.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordu hissələrinin yardımı ilə həyata keçirdikləri Xocalı soyqırımı bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri idi. Azərbaycan hökuməti hazırda Xocalı soyqırımına görə beynəlxalq məhkəmə müraciət edilməsi üzrə iş aparır.
Ermənilərin separatçılığı, Azərbaycana ərazi iddiaları hələ də bitməyib. Onların növbəti hədəfi Haxçıvandır. Erməni şovinizmi öz ambisiyalarını sivilzasiyalı dünyanın gözü qarşısında açıq bəyan etməkdən çəkinmir. Xristian təəssübkeşliyini əsas göstərən Qərb dövlətləri ermənilərin terrorçu-işğalçı niyyətlərini hələ də pisləmkdə qərarlı görünmürlər. Hə qədər ki, vandalizmə, separatçılığa, millətçiliyə, terrorçuluğa siyasi-hüquqi qiymət verilməyib bəşəriyyətin gələcəyi daim təhlükə altındadır.

SİYASİ - HÜQUQİ QİYMƏTLƏNDİRMƏ

Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər trəfindən məhv edilməsi məsəlsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Hazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və və igər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti mə’lumatlandırmaq məqsədilə ADR Xarici İşlər Hazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına mə’ruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı.
Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir. 31 mart yenə Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

Ardı var

Digər xəbərlər