PDF Oxu

Əsas

  • 14

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
Dünən Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2009-cu il 3 noyabr tarixli iclasının protokolu təsdiq olunub.
Sonra Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin olunmuş məşvərətçi səs hüquqlu üzvun təsdiqi barədə qərar qəbul edilib. Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Demokratik Azərbaycan Dünyası, Müasir Müsavat və Müsavat partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə də qərar qəbul edib. Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarına dair məsələyə baxıb. MSK qərara alıb ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilsin, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri, onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar yaxud siyasi partiyaların blokları tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin. Eyni zamanda qərara alınmışdır ki, respublika üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4 729 681 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

Digər xəbərlər