Azərbaycanda MDB gəncləri günlərinin iştirakçıları Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılıblar
Azərbaycanda MDB Gəncləri Günlərinin iştirakçıları noyabrın 6-da Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilib. Əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond, həmçinin uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.
Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxdılar. Qeyd edildi ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu - ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunub. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olub.
Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazmışlar.