Sankt-Peterburq filarmoniyasında “Dahi Prezidentə xatirə duaları” səslənəcək
Dekabrın 9-da D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında orqan musiqisi gecəsi keçiriləcək.
Konsertdə bəstəkar və orqan ifaçısı Arif Mirzəyev iştirak edəcək. Həmin gün bəstəkarın digər əsərləri ilə yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" əsəri də səslənəcək.