PDF Oxu

Əsas

  • 14

Aida İmanquliyevanın xatirəsinə həsr olunan kitab nəşr olunub

Aida İmanquliyevanın xatirəsinə həsr olunan kitab nəşr olunub
Dünən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında şair publisist Mirkazım Seyidovun "Aydınlığın gül nişanı" adlı poemasının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, poema Azərbaycanda ərəb filologiyası üzrə ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın əziz xatirəsinə həsr olunub. Tədbirdə poemanın müəllifi Mirkazım Seyidov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, millət vəkilləri Fəttah Heydərov, Nizami Cəfərov, "Səs" qəzetinin Baş redaktoru və "Səs" İnformasiya Agentliyinin (SİA) Baş direktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, filologiya elmləri doktoru Qulu Məhərrəmli, xalq artisti Niyaməddin Musayev, əməkdar artist Baloğlan Əşrəfov və digər şəxslər iştirak edirdi. Tədbirdə çıxış edən müəllif M.Seyidov hər kəsi salamlayaraq kitabın mahiyyətindən söz açıb: "Mən keçirdiyim hər tədbirdə sevinirəm. Buna səbəb tədbirlərimdə çox önəmli və böyük insanların iştirak etməsidir. Bu günki mərasim istisna olmaqla. Çox şadam ki, bu kitabı ərsəyə gətirə bildim. Bütün dünyanın şərqşünas alimlərinin diqqət mərkəzində olan ilk şərqşünas qadın professor Aida İmanquliyeva həsr etdiyim bu əsərin mənim üçün böyük mənəvi əhəmiyyəti var", - deyə müəllif bildirib. Tədbirin davamında Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun lentə alındığı "Mələyin uçuşu" adlı filımin təqdimatı oldu. Qeyd edək ki, bu filmdə Aidə İmamquliyevanın həyat və elmi yaradıcılığından bəhs edilir. Mərasimin sonunda xalq artisti Niyaməddin Musayev və əməkdar artist Baloğlan Əşrəfovun ifasında musiqi parçaları səslənib.

Digər xəbərlər