PDF Oxu

Əsas

  • 15

Elmar Məmmədyarovla Riyad Əl-Malki Yaxın Şərq və Cənubi Qafqaz bölgələrindəki vəziyyəti müzakirə edib

Elmar Məmmədyarovla Riyad Əl-Malki Yaxın Şərq və Cənubi Qafqaz bölgələrindəki vəziyyəti müzakirə edib
Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan fələstinli həmkarı Riyad Əl-Malki arasında görüş olub. SİA-nın məlumatına görə, tərəflər Azərbaycan ilə Fələstin arasında münasibətlərin cari vəziyyəti və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə ölkələr arasında əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin, müxtəlif səfərlərin həyata keçirilməsinin vacibliyi qeyd olunaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin zəruriliyi vurğulanıb. Bundan əlavə, görüşdə Yaxın Şərq və Cənubi Qafqaz bölgələrindəki, həmçinin beynəlxalq aləmdə cərəyan edən proseslər müzakirə olunmuşdur.

Digər xəbərlər