PDF Oxu

Əsas

  • 13

“Yeni Azərbaycan” qəzetinin KİVDF-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihəsi çərçivəsində xüsusi əlavəsi işıq üzü görüb

“Yeni Azərbaycan” qəzetinin KİVDF-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihəsi çərçivəsində xüsusi əlavəsi işıq üzü görüb
"Yeni Azərbaycan" qəzetinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə köməkliyi ilə həyata keçirdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına informasiya dəstəyi" layihəsi çərçivəsində xüsusi əlavəsi işıq üzü görüb.
Əlavədə ilk olaraq, Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu haqqında məlumat verilir, xalqımızın Ümummilli lideri Heydər Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasındakı xidmətləri haqqında geniş söhbət açılır.
Xüsusi əlavədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunmasının, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının əhəmiyyəti vurğulanır, bu addımların mətbuatımızın inkişafı baxımında müstəsna rol oynadığı xüsusi olaraq qeyd edilir.
Daha sonra, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası haqqında da oxuculara ətraflı məlumat verilir. Burada qeyd olunur ki, "2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" daha geniş və əhatəli olmaqla bölgələrin bütün ərazisində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Əlavədə, həmçinin, "Yeni Azərbaycan" qəzetinin layihə çərçivəsində həyata keçirdiyi tədbirlər haqqında da məlumat verilir. Bildirilir ki, sentyabrın 15-dən başlayaraq qəzetin təşkilatçılığı ilə bir neçə tədbir keçirilib. Tədbirlərdə qeyd edilib ki, mətbuatda və ictimai rəydə gedən müzakirələrin monitorinqi təsdiqləyir ki, yeni Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafının təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir:
"Eyni zamanda, Dövlət Proqramının icrası gedişində yarana biləcək informasiya qıtlığı problemlərinin optimal həlli variantlarının tapılması, bu barədə məlumatların müvafiq dövlət strukturlarına çatdırılması sahəsində KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Bu və digər amilləri nəzərə alaraq, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına informasiya dəstəyi" layihəsinin həyata keçirilməsi yeni Dövlət Proqramının gedişində qarşıda duran vəzifələrin həllinə böyük fayda verə bilər".
Layihə çərçivəsində, "Yeni Azərbaycan" qəzeti, həmçinin, bukletlər çap etdirib, treninqlər keçirib.

Digər xəbərlər