Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
(Əvvəli ötən sayımızda)
31. 18 aprel 1991-ci ildə Xocavənd rayonunda Q.Sarkisyanın başçılıq etdiyi erməni terrorçuları 3 nəfəri qətlə yetirmişlər.
32. 20 aprel 1991-ci ildə Goranboy rayonun Gürzəlilər kəndində 1 nəfər milis işçisi qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
33. 28 aprel 1991-ci ildə Naxçıvan MR Şərur rayonunun Sədərək qəsəbəsində partlayış nəticəsində 14 nəfər ağır yaralanmışdır.
34. 29 aprel 1991-ci ildə Qazax rayonunda 3 nəfər ağır yaralanmışdır.
35. 1 may 1991-ci ildə Hadrut rayonunun Tuğ kənd orta məktəbinə məxsus "UAZ-469"markalı maşın partladılmış, nəticədə 3 nəfər həlak olmuşdur.
36. 2 may 1991-ci ildə Fizuli rayonundan Hadrut rayonunun Tuğ kəndinə gedən "UAZ-469" markalı 30-78 AQD dövlət nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 1 nəfər ağır yaralanmışdır.
37. 2 may 1991-ci ildə Ağdam rayonunun Gülablı kəndində 1 nəfər qətlə yetirilmişdir.
38. 3 may 1991-ci ildə Qazax rayonunda 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
39. 3 may 1991-ci ildə Hadrut rayonunun Yuxarı Fərəcli kəndinin kənarında yerləşən mühafizə postunda 1 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
40. 9 may 1991-ci il Xankəndi şəhərində AR Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü V.Polyaniçkovun həyatına sui-qəsd edilmişdir.
41. 15 may 1991-ci ildə Kəlbəcər rayonunun Yelican kəndi yaxınlığında 1 nəfər qətlə yetirilmişdir.
42. 23 may 1991-ci ildə Hadrut rayonunun Arpagədik kəndi yaxınlığında SSRİ DİN-in Daxili Qoşunlarının 5460 saylı hərbi hissəsinin praporşiki qətlə yetirilmişdir.
43. 26 may 1991-ci ildə Ağdərə rayonunu Umudlu kəndində 1 nəfər qətlə yetirilmişdir.
44. may 1991-ci ildə Laçın rayonunun Ermənistanla həmsərhəd olan Sadıllar kəndində yerləşən mühafizə postunda Laçın RDİŞ 4 nəfər milis işçisi qətlə yetirilmişdir.
45. may 1991-ci ildə Hadrut rayonunun Dolanlar kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
46. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru Xomiç qətlə yetirilmişdir.
47. 2 iyun 1991-ci ildə Qubadlı rayonunun Yuxarı Çibikli kəndində 1 nəfər hərbi qulluqçu qətlə yetirilmişdir.
48. 9 iyun 1991-ci ildə Tərtər rayonunun Qapanlı kəndində 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
49. 19 iyun 1991-ci ildə "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 1 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
50. 22 iyun 1991-ci ildə Ağdərə rayonunun Baş Göytəpə kəndi yaxınlığında 1 nəfər qətlə yetirilmişdir.
51. 25 iyun 1991-ci ildə Ağdərə rayonunun Vaqbaş kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.
52. 26 iyun 1991-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində 2 sakin qətlə yetirilmişdir.
53. 28 iyun 1991-ci ildə Xocavənd rayonunun Kəndxurd kəndində 6 nəfər mülki sakin xüsusi qəddarlıqla qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.
54. 1991-ci il iyunun 28-dən 29-na keçən gecə terrorçu qrup tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın olmuşdur, 6 nəfər dinc sakin qətlə yetirilmişdir.
Ardı var