PDF Oxu

Əsas

  • 17

Heydər Əliyev adına Azərbaycan hərbi məktəbində qələbənin varisləri ilə görüş keçirilib

Heydər Əliyev adına Azərbaycan hərbi məktəbində qələbənin varisləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram" ölkəmizdə uğurla həyata keçirilir.
Bu münasibətlə Silahlı Qüvvələrdə yubiley tədbirləri ənənə şəklini alıb. Növbəti tədbir Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunub. "Qələbənin varisləri ilə görüş"ü məktəbin baş zabiti Aydın Əyyubov açaraq Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki müstəsna xidmətlərindən söhbət açmış, arxa və ön cəbhədə Azərbaycan övladlarının misilsiz şücaət və rəşadətlərindən danışıb. Böyük Vətən müharibəsində həlak olmuş 300 mindən çox həmyerlimizin xatirəsi yad edilmiş, Azərbaycan milli diviziyalarının şanlı döyüş yolu bir daha xatırlanıb. Hərbi marşın sədaları altında Qələbənin varisləri olan Böyük Vətən müharibəsi veteranları kursantların müşayiəti ilə salona daxil olmuş, onlara çiçək dəstələri təqdim edilib. Sosialist Əməyi Qəhrəmanı akademik İsmayıl İbrahimov ilk azərbaycanlı sərhədçi general, respublikanın əməkdar hüquqşünası Mustafa Nəsirov, Respublika Müharibə, Əmək, Silahlı Qüvvələri və Hüquq-Mühafizə orqanları veteranları Şurasının sədri Əlövsət Baxışov, iqtisad elmləri namizədi Çingiz Həsənov və başqaları cəbhə xatirələrini danışmış, gələcəyin zabitlərinə çətin və şərəfli xidmətdə uğurlar arzulayıblar. Cəbhə illərinin mahnılarından ibarət konsert proqramı tədbir iştirakçılarının marağına səbəb olub. "Qarabağ şikəstəsi" səslənəndə bütün iştirakçılar ayağa qalxaraq hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bəyan ediblər. Sonda Müdafiə Nazirliyinin şöbə rəisi, Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbani qonaqlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Gəns nəslin hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə Böyük Vətən müharibəsi veteranları məktəbin rəisi general-mayor Heydər Piriyev tərəfindən fəxri fərmanla mükafatlandırılıb. Qələbənin 65 illik yubileyi ərəfəsində Silahlı Qüvvələrdə tədbirlər davam edir.

Digər xəbərlər