Dünən "Səs" qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə alınan layihəyə əsasən "Erməni terroru: faktlar və sənədlər" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masaya ekspert kimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, tarix elmləri namizədi, dosent Elman Nəsirov dəvət edilmişdir. Müzakirələrdə lSəs" İnformasiya Agentliyinin, lOlaylar", "Ekspress", "Azad Azərbaycan", "İki sahil", "Yeni Azərbaycan" qəzetlərinin əməkdaşları iştirak ediblər.
"Səs" qəzetinin əməkdaşı:
- Bildiyimiz kimi, tarixin müxtəlif dönəmlərində ermənilər Azərbaycan dövlətinə, eləcə də, türklərə qarşı müxtəlif yollarla soyqırım siyasəti həyata keçirərək, təcavüzkar siyasətlərini yürütmüşlər. Tarixə istinad edərkən görürük ki, 1905-1907-ci, 1918-1920-ci illərdə, ümumilikdə, 2 milyona yaxın azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqələri dağıdılmış, insanlara mənəvi və maddi zərbələr vurulmuşdur. Müxtəlif tədqiqatçıların, tarixçilərin araşdırmalarında bu faktlara təsadüf olunur. "Səs" qəzeti olaraq, bu istiqamətdə biz də araşdırmalar aparılmış və 1918-ci ildə yaradılan Demokratik Cümhuriyyətin sənədlərini də nəzərdən keçirmişik. Gerçəkliklərdən bizə məlum olur ki, mart qırğınlarının törədilməsində o dövrün hakimiyyətinin xüsusi rolu olmuşdur. Şaumyanın Vladimir İliç Lenin tərəfindən Zaqafqaziyaya fövqəladə komissar təyin edilməsi bu hadisələrin daha geniş miqyasda vüsətini genişləndirmişdir. Bu baxımdan, Naxçıvanda, Gəncədə, Qubada, İrəvanda və azərbaycanlılara məxsus olan digər yaşayış məntəqələrində qırğınlar törədilmişdir. Təkcə Naxçıvanda 125 kənd dağıdılmış, 50 min nəfər insan qaçqın düşmüş, 45 min insan qətlə yetirilmişdir. Şamaxıda cümə məscidi daxil olmaqla tarixi abidələr dağıdılmış, 8 minə yaxın insan qətlə yetirilmişdir. Tarixin sonrakı mərhələlərində 1948-1952-ci illərdə də azərbaycanlılar ermənilərin qətlinin qurbanına çevrilmişlər. 1943-cü ildə İranda keçirilən Tehran konfransında İranla SSRİ arasındakı münasibətlər müzakirə olunan zaman oradakı İran fəalları SSRİ xarici işlər naziri V.Molotova müraciət edərək, İrandakı ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Nəticədə Stalin bu müraciətə öz imzasını atmışdır. O zamankı Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Artunov bu məsələdən maraqları üçün istifadə etməklə köçürülmə zamanı ermənilərin Azərbaycana köçürülməsi prosesinə köməklik göstərmişdir. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Komitəsinin toplantısında Ermənistan əhalisinin və azərbaycanlıların Kür-Araz ərazisinə köçürülməsi ilə bağlı tapşırıqlar verilmişdir. Bütün bunları nəzərdən keçirməkdə məqsəd Ermənistanın soyqırım siyasətinin həyata keçirmək üçün yollar axtarmasını və özlərinin Azərbaycan torpağında məskunlaşmasına nail olmasını göstərməkdir. Yaxşı olardı ki, bir politoloq kimi Elman Nəsirov bu tarixi faktların sənədlər əsasında oxuculara çatdırılmasında öz fikirlərini bildirsin.
Elman Nəsirov:
- "Səs" qəzeti redaksiyasına "Erməni terroru: faktlar və sənədlər" mövzusunda dəyirmi masa təşkil etdiyinə görə, öz minnətdarlığımı bildirirəm. Bu məsələ, bütövlükdə, xalqımızın diqqətində olan bir mövzudur. Artıq bir əsrdir ki, Azərbaycan erməni terrorunun hədəfinə çevrilmiş bir dövlətdir. Təbii ki, bunun da müəyyən səbəbləri var. Bizim xalqın keyfiyyətləri sırasında inam hissi mövcuddur. Bunun nəticəsində hər dəfə erməni terrorçularının törətdikləri hadisələri bir təsadüf olaraq qəbul etmişik. Bu baxımdan da, dəfələrlə mövcud hadisələrin hədəfi olmuşuq. Belə mövzular ətrafında müzakirələr aparılmasının aktuallığı onunla izah olunur ki, cəmiyyət bir daha erməni xislətinin mahiyyətini daha dərindən dərk edir. Puşkinin məşhur əsərində kəskin bir şəkildə onların məxsusi dəyərləri öz əksini tapır: "Sən əclafsan, sən oğrusan, sən ermənisən". Bu fikir onların mahiyyətinin açılmasında əsas fakt olaraq diqqətdədir.
"Ekspress" qəzetinin əməkdaşı:
- Elman müəllim, istərdik ki, ilk növbədə, beynəlxalq terrorizmin tarixi və burada erməni terrorunun tutduğu yer barədə məlumat verəsiniz.
- İlk olaraq, onu deyim ki, mənim doktorluq işim "Amerika Birləşmiş Ştatları və beynəlxalq terrorizm əsərləri" mövzusundadır. Beynəlxalq terrorizmin törənməsi və onun mahiyyətinin aşkarlanması əsas məsələlərdən biri kimi narahatçılıq yaradır. Bu günə qədər beynəlxalq terrorizmlə bağlı 120-dən çox tərif mövcuddur. Lakin onların heç biri, bütövlükdə, onun mahiyyətini tam aşkarlaya bilmir. Əslində, biz Ermənistan terrorizmini yox, Ermənistan dövlətinin terrorizminin hədəfinə çevrilmişik. Dünya təcrübəsinə əsaslansaq, görərik ki, terrorizmə qiymət verilməsi ilə bağlı vahid bir meyar ortaya qoyulmayıb. Bir çox dövlətdə baş verən hərəkatı beynəlxalq terrorizm kimi qiymətləndirilir. Bunun əsas mahiyyətinə diqqət yetirsək, görərik ki, bu aktın törədilməsinin bir səbəbi milli azadlıq hərəkatının qəhrəmanı kimi qələmə verilir. Bu, bir çox tərəflərdən izah olunur. Nəzəri cəhətdən deyək ki, beynəlxalq terrorizmin tərifini verərkən, bir nöqtə üzərində dayana bilmirik. Bu halda, biz buna adi bir cinayət adı versək, beynəlxalq hüquqda bunun tərifi var və lazımi səviyyədə də qiymət verilir. Bu halda, bir sıra suallar meydana çıxır. Adi cinayət törədən şəxs qanun çərçivəsində həbs olunur. Etiraf edək ki, həmin şəxs öz cinayətini boynuna alıb, hansı məqsədlə törətdiyini bildirmir. Beynəlxalq terrorizmdə isə heç bir şəxsi mənafe, varlanmaq və nəyisə əldə etmək məqsədi dayanmır. Terrorçu bunu etdiyini boynuna alır və bundan sonra da daha böyük terror aktlarının icraçısı olacağını etiraf edir. Bəzi hallarda beynəlxalq terrorizmi müharibənin bir növü kimi təqdim edirlər. Müharibə zamanı da insanlara qarşı belə amansızlıq, qətl hadisələri, dağıdıcılıq baş verir. Təbii ki, müharibənin məqsədi bəllidir və onun qəbul olunmuş tərifi də mövcuddur. Müharibədə terror üsullarından istifadə olunur və biz bunun törətdiyi faciəni görürük. Amma hədəf mülki insanlar deyil, hərbçilərdir. Sadəcə olaraq, mülki insanlardan məqsədlərin həyata keçməsi üçün istifadə olunur. Beynəlxalq terrorizmdə isə hədəf hərbçilər deyil, mülki insanlardır. Bunu milli azadlıq hərəkatı ilə eyniləşdirirlər. Hansısa bir xalqın terrorçusu o dövlətin milli qəhrəmanına çevrilir. İsrail ilə Fələstin arasında mövcud olan duruma diqqət edək. İsrail əsgəri dayanacaqda dayanan fələstinli əsgərə atəş açır. Belə halda həm əsgər, həm də dayanacaqda dayanmış mülki insanlardan bir neçəsi qətlə yetirilir. Bu halda mövcud hadisəni müharibə, yoxsa terror aktı kimi qiymətləndirmək mümkündür? Bu məsələ ilə bağlı məşğul olan tədqiqatçılar göstərirlər ki, milli azadlıq hərəkatı ilə beynəlxalq terrorizm zahirən paralel şəkildə görünmüş olsalar da, tamamilə fərqli anlamlardır. Milli azadlıq hərəkatında lider mövcud olub və xalq onun ardınca gedir. Amma terrorizmdə isə bu hal özünü göstərmir. Bütün bunları deməkdə məqsədim odur ki, beynəlxalq hüquqçular, mütəxəssislər bunu araşdırıb, tərifini müəyyənləşdirməyə çalışsalar da, hələ ki, bir məxrəcə gələ bilməyiblər. Amerika Birləşmiş Ştatlarında törədilən məlum 2001-ci il 11 sentyabr terrorizm aktından əvvəl 6 mindən artıq ədəbiyyat yazılmışdır. Həmin hadisədən sonra bu mənbələrin sayı daha da artmışdır. Təəssüflər olsun ki, konkret bir nəticə əldə olunmamışdır. Belə olan halda erməni terrorizmi üçün o münbit bir şərait yaradır. Beynəlxalq aləmdə törədilən hadisələrə qiymət vermək mübahisə və ziddiyyətə səbəb olduğundan, ermənilər bundan sui-istifadə edib, azərbaycanlılar və türklərə qarşı dəfələrlə bu aksiyadan istifadə etmişdir. Ümumiyyətlə, terrorizmin tarixi 100 ildən artıq bir dövrü əhatə edir. Terrorizmin dünya aləmində tarixi isə, bir qədər zarafatla da olsa, deyirlər ki, meymunun insana çevrilmə prosesi başlayandan özünü göstərir. Belə ki, bu prosesdə meymun ayağa qalxıb yeriməyə başladığı zaman əl atıb yerdən böyük bir ağac götürüb. Bu halda yerdə qalan meymunlar həyəcan keçirir, vahimə və qorxunu yaşayırlar. Bu baxımdan beynəlxalq terrorizmin kökünü ibtidai icma quruluşu ilə bağlayırlar. Belə bir qənaətə gəlmək olar ki, insana çevrilən meymunun özü potensial terrorçudur. Təbii ki, bu, zarafatla deyilmiş bir münasibət olsa da, arxasında bir həqiqət dayanır. Ermənistan terrorizminin arxasında dayanan ən mühüm motivlərdən biri erməni xəstəlikləri ilə bağlı olan amildir. Tarixi mənbələrdə sırf erməni xəstəliyi ilə bağlı məqamlara təsadüf olunur. Belə ki, onlar hansısa bir milləti təmsil edən nümayəndə ilə ailə həyatı qururlarsa, onu məhz xəstəyə çevirirlər. Onların ağlasığmayan iddiaları var və bu iddiaların həyata keçməsi üçün terrordan istifadə etməyə üstünlük verirlər. Tarixi mənbələrdə təsadüf edirik ki, ermənilərin türklərə qarşı ilk terror siyasəti XIX əsrin 50-ci illərindən sonraya təsadüf olunur. Onların ən böyük terror aktlarından biri 1862-ci ildə Zeytun şəhərində həyata keçirdikləri aksiyadır. 1878-ci və 1884-ci ildə yenə də həmin şəhərdə törətdikləri terror aksiyası əhalini qorxutmaq və öz məqsədlərini reallaşdırmaqla bağlıdır. Sonrakı illərdə isə yenə də törədilən terror aksiyaları siyasi məqsədlərinə nail olma cəhdlərini göstərir. Bu zaman belə bir sual yarana bilər ki, bu aksiyalarda terrorun hansı əlamətləri var. Beynəlxalq terrorizmin digər mübarizə üsullarından fərqi ondan ibarətdir ki, burada 3 subyekt iştirak edir. Birinci, onu həyata keçirən təşkilatdır, ikincisi, onun hədəfi olmuş insanlar, üçüncüsü isə bu hadisələri eşidən, müşahidə edib qorxu hissi keçirən şəxslərdir. Çox maraqlı bir faktdır ki, terrorçunun öldürdükləri onun hədəfi deyil. Sağ qalan və bu hadisələrdə məlumatlı olan insanlardır. "Terror" sözü latın mənşəli məfhum olaraq qorxu, vahimə kimi mənaları ifadə edir. Ermənilərin XIX əsrin 50-ci illərindən sonra törətdikləri hadisələr belə bu yanaşmanı əks etdirir. Belə ki, terror aksiyalarında öldürdükləri insanlar onların seçilmiş hədəfləridir. Bu hədəflər real deyil. Çünki onların məqsədi və hədəfləri öldürmək deyil.
"Azad Azərbaycan" qəzetinin əməkdaşı:
- Bəs ermənilərin törətdikləri terror aktlarının əsas məqsədi nədən ibarətdir?
- Ermənilərin XIX əsrin 50-ci illərindən sonra törətdikləri hadisələr belə bir yanaşmanı əks etdirir. Belə ki, terror aksiyalarında öldürdükləri insanlar onların seçilmiş hədəfləridir. Bu hədəflər real deyil. Çünki onların məqsədi və hədəfləri öldürmək deyil. Əsas məqsəd siyasi hakimiyyətə təsir etmək, ərazi iddialarını həyata keçirmək, böyük Ermənistan xülyasını reallaşdırmaqdır. Bu da onların iddialı mövqeyini aşkara çıxarır. Erməni terrorçuları bu addımı atmaqla, özlərinin siyasi tələblərini həyata keçirmək niyyətindədirlər. Bu da, ilk növbədə, ərazi iddialarına nail olmaq və altı vilayətin ərazisini ələ keçirməkdir. Xüsusilə də, Qara Dəniz sahili boyunca Şərqi Anadoludakı türk ərazilərini ələ keçirməkdir. Bu iddianın reallaşmasında isə terror aksiyaları ən əlverişli addımdır. Bu aksiyaların həyata keçirilməsi üçün ermənilər təşkilatlanmağa başlayıblar. Konkret fərdlərin deyil, təşkilat daxilində real qüvvə əsasında törədilməsi daha əhəmiyyətli olduğunu göstərir. Belə qənaətə gəlmək olar ki, böyük Ermənistan yaratmaq xülyasına düçar olmuş ermənilər terror aktının həyata keçməsinə başladılar. Onların ilk terror təşkilatı 1885-ci ildə Marseldə yaradıldı. Bu, "Armenika" təşkilatı adlandırılırdı. Türklərə qarşı yaradılmış bu təşkilat ölkə daxilində hərc-mərclik yaratmaq və ərazi iddiaları üçün əlverişli şəraitin yaranmasına nail olmaq idi. Onların digər təşkilatı isə bu günə qədər ideyalarını davam etdirən 1887-ci ildə Cenevrədə yaradılmış "Irçaq" təşkilatıdır. Onun anna xəttini böyük Ermənistan ideyasını həyata keçirmək, zorakılıq, terror aktlarını həyata keçirmək təşkil edir. Türklərin yaşadığı istənilən ərazidə məqsədlərini reallaşdırmaq və bununla da Türkiyə dövlətinə təzyiq edib, onu bu və ya digər siyasi güzəştlərə məruz etmək idi. Belə deyə bilərəm ki, beynəlxalq terrorizmin digər mühüm əlaməti ondan ibarətdir ki, siyasi məqsədə çatmaq üçün istifadə edilən terror aksiyasıdır. Terrorizmdə siyasi məqsəd mühüm element kimi çıxış edir. Bu təşkilatlarla yanaşı, bu gün də özünün iddialı məqsədləri ilə çıxış edən və 1890-cı ildə yaradılan Daşnaksütyun partiyasıdır. Bu, Tiflisdə yaradılmışdır. Bu təşkilatın əsas missiyalarından biri təkcə Türkiyədə deyil, eyni zamanda, Azərbaycanda həmin aksiyaları həyata keçirmək və Azərbaycanın özünü parçalamaq, Dağlıq Qarabağa və Naxçıvana olan iddialarını reallaşdırmaq idi. Bu məqsəd Daşnaksütyuna üzv olan insanların ideoloji məramı idi. Qeyd etdiyimiz bu üç təşkilatdan sonra da təşkilatlar formalaşmağa başlamış, amma adlarını çəkdiyimiz təşkilatlar erməni terror aksiyalarını həyata keçirməkdə mühüm rol oynamışdır. Bu üç təşkilat əsas istiqaməti müəyyənləşdirən qurumdur. İlk dəfə ermənilərin bu məsələni qabartması Türkiyədən ərazi iddiaları ilə çıxış etmələri beynəlxalq müstəviyə çıxması 1877-1878-ci illər rus-türk müharibəsi zamanı baş verib. Həmin müharibə zamanı artıq tələb edilirdi ki, Türkiyə bu və ya digər məsələlərdə ermənilərə güzəştə getsin. Belə ki, onların ərazi iddiaları və şəraitlərinin yaxşılaşdırılması üçün addımlar atılsın. 1878-ci ildə Əl-Tələvin konqresində bu məsələ öz həllini tapdı.
(Ardı var)