Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
(Əvvəli ötən sayımızda)
"Sandi tayms" qəzeti (London), 1 mart 1992-ci il: "...Erməni əsgərləri yüzlərlə ailəni məhv edirdilər..."
"Feynenşl tayms" qəzeti (London), 9 mart 1992-ci il: "...Ermənilər Ağdam istiqamətində gedən qaçqın dəstəsini gülləbaran etdilər. Azərbaycanlılar 1200-ə yaxın cəsədin olduğunu bildirirlər..."
"Tayms" qəzeti (London), 4 mart 1992-ci il: "...Çoxları eybəcər hala salınmışdı, bir kiçik qız uşağının isə yalnız başı qalmışdı..."
"İzvestiya" qəzeti (Moskva), 4 mart 1992-ci il: "...Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir ahıl qadının isə üzünün bir hissəsi kəsilmişdi. Kişilərin başlarının dərisi soyulmuşdu..."
"Feynenşl tayms" qəzeti (London), 14 mart 1992-ci il: "...General Polyakov bildirmişdir ki, 366-cı polkun 103 erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır..."
"Le mond" qəzeti (Paris), 14 mart 1992-ci il: "...Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş uşaq və qadınlar arasında üçünün baş dərisinin soyulduğunu, dırnaqlarının qoparıldığını görmüşlər. Bunlar Azərbaycan təbliğatı deyil, reallıqdır..."
"Valer aktyuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "...Bu avtonom regionda erməni hərbçilərindən və Yaxın Şərqdən olan muzdlu əsgərlərdən təşkil olunmuş qruplaşmalar ən müasir hərbi texnika, həmçinin vertolyotlarla da təchiz edilmişlər. Erməni terror təşkilatı ASALA Suriya və Livanda yerləşən hərbi düşərgələrə və silah anbarlarına malikdir. Ermənilər yüzdən çox müsəlman kəndlərində qətliamlar törətməklə Qarabağdakı azərbaycanlıları məhv etmişlər..."
R.Patrik - fəlakət bölgəsində olmuş "Fant man nyus" İngiltərə telekompaniyasının jurnalisti: "...Xocalıda törədilən cinayətə dünya ictimaiyyətinin gözü qarşısında heç bir bəraət qazandırmaq olmaz..."
Livandan olan kinooperator isə təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak cəmiyyəti Qarabağa silah və insanlar göndərir.
Yuxarıda qeyd edildiyi kimi xarici ölkələrdəki nümayəndələrindən böyük maddi dəstək aldıqları və bu dəstəkdən bəhrələnərək öz iyrənc əməllərini həyata keçirməkdə davam etmələri bizdən ermənilərə qarşı mübarizədə daha böyük əzm tələb edir. Hal-hazırkı şəraitdə ermənilərə qarşı aparılan informasiya mübarizəsini gücləndirməklə biz onların "məzlum xalq" adı altında maskalanmış əsil üzünü dünya ictimaiyyətinə göstərməliyik.
Ardı var