PDF Oxu

Əsas

  • 16

Sovet dövründən qalma əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Sovet dövründən qalma əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq
Yaxın günlərdə sovet dövründən qalma əmanətlərin qaytarılması üzrə fəaliyyət göstərən işçi qrupu məsələni Milli Məclisin müzakirəsinə çıxarmağa hazırlaşır. Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, əmanətlərin qaytarılması ilə bağlı təkliflər artıq hazırlanıb və bu işin icrası üçün konkret mexanizm müəyyən edilib: "Dövlət başçısının tapşırığına əsasən, Milli Məclisdə daha bir Dövlət Proqramı "Depozitlərin qoyulması ilə bağlı yeni qanun layihəsi" hazırlanacaq. Burada əsas məqsəd odur ki, depozitə qoyulmuş fiziki şəxslər tərəfindən əmanətlərdən vergi tutulmayacaq. Bu da banklara inamın artmasına xidmət edəcək".
Komitə sədri onu da qeyd etdi ki, onsuz da son illərədə əhali tərəfindən banklara inam artıb və Azərbaycanda əmanətlərin dinamikası digər ölkələrə nisbətən kifayət qədər yüksəkdir: "Bu isə, imkan verəcək ki, biz daxili imkanlar hesabına investisiya imkanlarımızı genişləndirək. Eyni zamanda, layihə əhaliyə kreditlərin verilməsini asanlaşdıracaq. Çünki sənəddə bankların maliyyə vəsaitinin artırılması nəzərdə tutulur".
İqtisadçı ekspert Aydın Hüseynov vurğuladı ki, sovet dövründə əmanətlər vahid bir sistemə daxil idi: "Yəni, öz əmanətini Azərbaycanda saxlayırdınsa, onda həmin əmanətlərdən SSRİ-nin tərkibinə daxil olan istənilən bir ölkədə istifadə edə bilirdin. SSRİ dağıldıqdan sonra əmanətlərin geri qaytarılması prosesi çətinləşdi. Yəni, həmin əmanətlərdən müstəqil dövlət olaraq, qalıq vəsaiti kimi istifadə edə bilmədik".
İqtisadçı onu da qeyd etdi ki, digər postsovet ölkələrində, məsələn, Rusiyanın özündə əmanətlər qaytarıldı: "Səbəb isə, əmanətlərin əsas mənbəyinin mərkəzi bank olaraq Rusiyada yerləşməsi idi. Yəni, həmin vəsaitlərdən vaxtilə istifadə edilmişdi. Gələcəkdə ölkəmiz sıfır variantından başlamalıdır. Əhalinin qoyduğu əmanət qalıq vəsaiti kimi banklarda qalmamışdı. Əmanətlər  şəbəkə daxilində saxlanılırdı. İndi isə, əmanətlərin qaytarılması dövlət büdcəsi hesabına gerçəkləşdirilməlidir. Ona görə ki, bu prosesçox uzanıb. Eyni zamanda, onun indeksləşdirilməsi məsələsi ortaya çıxır. Əmanətlərin indeksləşdirilməsi prosesinin özü hansısa bir fazaya söykənməlidir. Çünki vaxtilə qoyulan vəsaitin dəyərinə uyğun ona müəyyən dərəcədə yaxınlaşan rəqəm şəkilində vəsait geri qaytarılmalı idi. Çətinlik buradan yaranır. Əmanətlərin qaytarılmasını dövlətin özü də müsbət qarşılayır. Yəqin ki, əmanətlərin geri qaytarılması üçün müvafiq qərar qəbul olunacaq və onun indeksləşdirilməsi üçün maksimal variant tapılacaq".
A.Hüseynov onu da bildirdi ki, qaçqın və məcburi köçkünlərin əmanət kitabçaları yoxdursa, onu təsdiqləyəcək hər hansı sənədin əldə olunması çox çətindir. Onun kökünün axtarılıb tapılması çətinlik yaradacaq. Buna baxmayaraq, məsələ ilə bağlı yaradılacaq komissiya problemi həll edəcəyi şübhəsizdir.
Millət vəkili Vahid Əhmədovun fikrincə, əmanətlərin qaytarılması ilə bağlı ciddi bir problem yoxdur. Onun sözlərinə görə, yalnız həmin pulların hansı nisbətdə qaytarılması barədə fikir ayrılıqları var: "Bəzi fikirlərə görə, məbləği az olan əmanətlər daha yaxşı şərtlərlə qaytarılmalıdır. Çünki sovetlər dövründə batan əmanətlərin böyük hissəsi 3 min rubla qədər olanlardır. Bu insanların əksəriyyəti o vaxt, əsasən, fəhlə-kəndlilər olduğu üçün əziyyət çəkməsinlər. Kimin 3 min rublu varsa, heç olmasa, 1000, 1500 manat məbləğində əmanətini ala bilsin". V.Əhmədov onu da əlavə etdi ki, əmanətlər verilərkən, ilk növbədə, yaşlı vətəndaşlardan başlamaq lazımdır. Əsasən, üstünlük müharibə veteranlarına, qaçqın və məcburi köçkünlərə veriləcək: "Ümumilikdə, Azərbaycan vətəndaşlarının sovet dövründən qalma 5 milyard rubla yaxın pulu var. Bu pullar həm ehtiyat fondunun hesabına, həm də qiymətli kağızlar formasında qaytarıla bilər. Ekspertlər hesab edir ki, proses mərhələli şəkildə də həyata keçirilə bilər.
İqtisadçı ekspert Vüsal Qasımlı isə bildirdi ki, burada təxminən 1 milyard manat məbləğində əmanətlərin qaytarılmasından söhbət gedir. Bundan nə çox, nə az indeksasiyadan asılı olaraq, əmanətlər qiymətləndirilir: "Amma bütün hallarda əmanətlərin geri qaytarılması həyata keçirilərsə, 2010-cu ilin büdcəsində sosial istiqamətli xərclər azaldılmayıb. Düşünürəm ki, gələn ilin büdcəsində əmanətlərin qaytarılmasına bu kontekstdən yanaşmaq lazımdır. Gələn ilin büdcəsində onsuz da sosial xərclər sabit olaraq qalır. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı tələb üzərində qurulmuş iqtisadiyyatdır. Yəni, məcbur tələbat artanda, stimullaşanda iqtisadiyyat buna istər-istəməz müsbət reaksiya verir. Hesab edirəm ki, bununla bağlı qanun qəbul edilərsə, çox müsbət amildir".
V.Qasımlı onu da bildirdi ki, əmanətlərin qaytarılması ilə bağlı bir neçə variant var. Əslində, bunu ratifikasiya olunmuş formada təşkil etmək olar: "İnvestisiya bankındakı qiymətli kağızların sahibləri həmin əmanətçilər ola bilər. Ancaq onlara səlahiyyət verilməlidir ki, 5 ildən 10 ilə qədər əmanətlərini ala bilsinlər. İlk növbədə, daha çox ehtiyacı olan əmanətçilər - şəhid ailələri, sosial problemi olanlar nəzər alınmalıdır. Əmantələr qaytarılsa, bu istiqamətdə sosial ədalət bərpa olunar, ölkədə qiymətli kağızlar bazarının inkişafına öz töhfəmizi vermiş olarıq. İnvestisiya mühitinə müsbət təsir göstərər, pul kütləsinin artmasının qarışısını alırıq".

Digər xəbərlər