PDF Oxu

Əsas

  • 20

Türkiyə iqtidarının Azərbaycana xəyanəti TBMM-də təsdiq edilə bilməz

Türkiyə iqtidarının Azərbaycana xəyanəti TBMM-də təsdiq edilə bilməz
Oktyabr ayının 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpasını nəzərdə tutan protokolun imzalanması həm Azərbaycan həm də Türkiyə cəmiyyətlərində mənfi reaksiyaya səbəb oldu. Atılan bu addım Türkiyə iqtidarının Azərbaycana qarşı xəyanəti kimi qiymətləndirildi. Oktyabr ayının 21-də isə imzalanmış protokolun Türkiyə Böyük Millət Məclisində (TBMM) ratfikasiya məsələsi müzakirə olunacaq. Bu protokolun ratfikasiya olunmasının nə dərəcədə mümkünlüyünə inanlar və inanmayanlar var.
- Hesab edirəm ki, TBMM-də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və əlaqələrin bərpası üçün imzalanmış protokol ratifikasiya olunmayacaq. Bu, sadəcə, mümkün deyil. Azərbaycanın millət vəkillərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı hörmətli millət vəkillərimiz özləri də bir daha şahid olublar ki, həm türk xalqı, həm də türk siyasətçilərinin əksəriyyəti protokolun ratifikasiya olunmasının əleyhinədirlər. Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmayınca, Azərbaycan tərəfinin sərt etirazını TBMM təbii qarşılayır. İnanmıram ki, AKP hakimiyyətinin Azərbaycana qarşı atdığı bu səhv addımı TBMM-də ratifikasiya etsinlər. Regionda formalaşmış proseslər və Azərbaycanla Türkiyə cəmiyyətlərinin kəskin etirazları fonunda bu protokol təsdiq oluna bilməz. Son da qeyd edim ki, TBMM-in Türkiyə-Ermənistan arasında imzalanan protokolu ratifikasiya etməklə Azərbaycana qarşı AKP xəyanətini təsdiq etməsi inandırıcı deyil.
- Azərbaycanın işğal altında olan torpaqları azad olunmadan Türkiyənin Ermənistanla sərhədlərin açması barədə imzaladığı protokolun Türkiyə iqtidarının Azərbaycana xəyanəti kimi qiymətləndirmək lazımdır. Protokolu imzalanmadan öncə istər Azərbaycan cəmiyyətindən göstərilən sərt mövqelər və istərsə də Türkiyənin müxalifət partiyalarının və xalqının nümayiş etdirdiyi birmənalı, qəti fikirlər AKP liderlərini öz mövqelərindən çəkindirmədi və məlum olduğu kimi oktyabrın 10-da Sürix şəhərində protokokl imzaladı. Əlbəttə ki, Türkiyə iqtidarının Azərbaycanın və Türkiyənin maraqlarına zidd olaraq işğalçı ölkə ilə əlaqələri bərpa etmək üçün imzaladığı protokol TBMM-in üzvlərinin təsdiqləməsi mənim üçün inandırıcı görünmür. Dostumuzun düşmənlərimizlə dost olması bizə qarşı ən böyük səhv, xəta və xəyanət olar. Türkiyə cəmiyyətinin böyük əksəriyyəti imzalanmış protokoldan narazıdır və TBMM-də ratifikasiyanı müzakirə edərkən bunu mütləq nəzərə alacaq, protokol ratifikasiya olunmayacaq.
- Düşünürəm ki, Türkiyənin Ermənistanla imzaladığı protokol ölkələrimiz arasındakı dostluğa zərbə vurdu. Biz hər zaman Türkiyənin yanında olmuşuq və Türkiyə bizdən xeyir görüb. Lakin iqtidarda olan AKP rəhbərliyi, xüsusilə də prezident Abdullah Gül ilə baş nazir Rəcəb Tayyib Ərdoğanın atdığı son addımlar, həqiqətən də, ciddi tənqidlərə məruz qalınması gərəkən addımlardır. Ermənistan tarix boyu təkcə azəri türklərinə deyil, həm də Türkiyə türklərinə və bütün türk dünyasına düşmən olub.
Mənə elə gəlir ki, TBMM-də Türkiyə ilə Ermənistan arasında imzalanmış protokol ratfikasiya olunacaq. Çünki əgər AKP rəhbərliyi protokolları imzalayıbsa, deməli, elə ratfikasiya da edəcəklər. Şübhəsiz ki, bu, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq və dostluğa xələl gətirəcək. Hamıya məlumdur ki, Türkiyə rəhbərliyi tərəfindən atılan bu addım Azərbaycan cəmiyyətin də olduğu kimi Türkiyə cəmiyyətində də mənfi qarşılanaraq, xalqın əksər hissəsinin qəzəbinə səbəb olub. Çox təəssüflə qeyd etmək lazımdır ki, Türkiyə Azərbaycana qarşı yalnış addım atdı.

Digər xəbərlər