PDF Oxu

Əsas

  • 17

Azərbaycan öz səhiyyəsini inkişaf etmiş Avropa ölkələri səviyyəsində qurmaqdadır

Azərbaycan öz səhiyyəsini inkişaf etmiş Avropa ölkələri səviyyəsində qurmaqdadır
Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün inkişaf mərhələsini yaşayır. Müasir dövrümüzdə ümumilli lider Heydər Əliyevin qoyduğu siyasi, iqtisadi, mədəni, sosial inkişaf konsepsiyası Prezident İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Ölkə daxilində çox önəmli layihələr Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilir.
Səhiyyədəki inkişafla bağlı Bakı şəhər 1 saylı dəri-zöhrəvi dispanserini baş həkimi, tibb elmləri namizədi Rəşad İsmayılov fikirlərini bizimlə bölüşdü:
- Son beş ildə Heydər Əliyev Fondu tərəfindən görülən işlər ölkədə səhiyyənin inkişafına olan diqqətin təzahürüdür. Mehriban xanım Fondun Prezidenti, millət vəkili kimi sosial layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında əsas olaraq, təhsil, səhiyyə və mədəniyyətə olan diqqət fond tərəfindən xüsusi qayğı ilə əhatə olunmuşdur. Hazırda səhiyyə sahəsində müəyyən dəyişikliklər özünü göstərir. Bu dəyişikliklər səhiyyə müəssisələrinin müasir tələblərə cavab verə biləcək səviyyədə təmir və təchizi ilə əlaqədardır. Bildiyiniz kimi, xəstəxanalarımız yeni avadanlıqlarla təchiz olunmuşdur. Bu təmir işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Bu yaxınlarda istifadəyə verilən Talasemiya Mərkəzi, eləcə də, Azərbaycanın rayonlarında yeni tibb müəssisələrinin açılışı məhz YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. İrimiqyaslı layihələrin gerçəkləşməsi Azərbaycan səhiyyə sistemində böyük nailiyyətlər kimi səciyyələnir. Əzizbəyov rayonundakı böyük abadlıq işləri ilə bərabər, ərazinin qəsəbələrində görülən işlər tarixdə görünməyən hadisələr kimi dəyərləndirilir. Belə ki, yeni xəstəxanaların inşası və onların müasir avadanlıqlarla təchizatı bu dediklərimə əsasdır. Müasir dövrümüzdə dünyada analoqu olmayan Talassemiya Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan səhiyyəsində böyük bir təntənə kimi səslənir. Azərbaycanda ilk dəfə yaradılmış Talassemiya Mərkəzi - talassemiya xəstəliyinə düçar olmuş xəstələrin müalicə və profilaktikasına müsbət təsirini göstərəcək. Bildiyimiz kimi, bu xəstəliyə çox böyük zəhmət və vəsait tələb edir. Yaradılmış Talassemiya Mərkəzinin dünya standartlarına cavab verən avadanlıqlarla təchizi və elektrik laboratoriya və rentgen müayinəsi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Deyə bilərik ki, müasir müayinə və müalicə üsulları bu mərkəzdə cəmləşmişdir. Bu mərkəzin açılmasında və qeyd olunan avadanlıqlarla təchiz olunmasında Mehriban xanım Əliyevanın rolu müstəsnadır.
Uşaqlarda irsi xəstəliklərin erkən vaxtlarda müayinə və müalicə edilməsi bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində həyata keçirilir. Uşaqlar arasında mövcud olan problemlər tədricən aradan qaldırılır. Onu da qeyd edim ki, yeni istifadəyə verilən tibb müəssisələrində çox qiymətli avadanlıqların yerləşdirilməsi müasir səviyyədə müraciət edən şəxslərin müayinəsində müsbət təsirini göstərir. Çox nadir avadanlıqların xəstəxanalara yerləşdirilməsi Heydər Əliyev Fondunun humanitar sahədəki layihələri içərisində önəmlidir. Eləcə də, paytaxtımızın mərkəzindəki bir sıra xəstəxanaların təmir etdirilməsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Bütün bunlar cəmiyyətə sağlam ordunun yetişməsinə xidmət göstərir, eyni zamanda, əhalinin tibb müəssisələrində rahat və yüksək səviyyəli bir şəkildə müayinəsinə imkan verir. Bu və ya digər halların hər biri Azərbaycan səhiyyəsinin dünya standartlarına cavab verə biləcək bir səviyyədə özünü göstərməsinə təkan verir. Deyə bilərik ki, Azərbaycan səhiyyəsi inkişaf etmiş Avropa ölkələri səviyyəsində öz tibb ocaqlarını qurmaqdadır. Sovet dövründən fərqli olaraq, bu qısa bir müddətdə səhiyyə ocaqlarında yaranmış dönüş, eləcə də, əhalinin kifayət qədər maarifləndirilməsi ölkə ərazisində sağlam mühitin formalaşmasına gətirib çıxarır. Paytaxtımızda əhalinin sağlamlığının qorunması və müxtəlif xəstəliklərdən müalicə alması üçün fəaliyyətdə olan tibb müəssisələri sırasında Bakı şəhər dəri-zöhrəvi xəstəxanası da tələb olunan şəkildə müraciət edən xəstələrin müayinəsində müasir dövrün tələblərinə uyğun olan avadanlıqlarla müayinə edilirlər. Bu xəstəxana ixtisaslaşdırılmış mərkəz kimi fəaliyyətdədir. Bu, bilavasitə, müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası ilə məşğul olan müəssisədir. Dövlət səviyyəsində nəzarətdə olan bu müəssisədə 75 çarpayılıq disponser olaraq stasionar və panika şöbəsi fəaliyyət göstərir. Ağır şəkildə bizə müraciət edən xəstələr stasionar şəkildə müalicə olunurlar. Xəstəxanada uroloji, dəri-zöhrəvi, fizioterapiya, statistika kimi şöbələr var ki, biz aylıq olaraq statistik rəqəmlər əsasında bizə müraciət edən xəstələrin ümumi hesabını müəyyənləşdiririk. Bakı şəhər Baş Səhiyyə İdarəsinə bu haqda məlumat göndəririk. Xəstəxananın nəzdində müəllimləri təkmilləşdirmə institutunun kafedrası da fəaliyyətdədir.
Hazırda bizdə təmir işləri aparılır bu xəstəxananın yerləşdiyi binanın qədim tarixi var. Belə ki, 1898-ci ildə inşa olunmuş bina 1920-ci ildən xəstəxananın sərəncamına verilmişdir. Qeyd etdiyimiz kimi, hər il xəstəxanada statistik hesablamalar aparılır. Aparılan hesablamalar nəticəsində aydın olur ki, dəri zöhrəvi xəstəliklərinin artma ehtimalı bir o qədər də müşahidə edilmir. Belə ki, infeksion xəstəliklər sırasında ən çox yayılanı hesab olunan urigental xlamidosun artımı 12 faizə gəlib çatmışdır. Rusiyada bu artımın səviyyəsi 85 faizi təşkil edir. Bu və ya digər infeksion xəstəliklərə tutulan insanların çoxu özəl klinikalara müraciət edirlər. Bizim xəstələrin psixologiyasında bir qədər mövcud olan xəstəliklərin aşkarlanmasına nədənsə ehtiyatla yanaşır, onu qapalı bir şəkildə müalicə etdirməyi üstün tuturlar. 25 faiz xəstələr məhz dispanserə üz tutur, 75 faiz isə özəl, hətta xalq təbabəti ilə müalicə olunmağa yön alırlar. Bəzi hallarda isə, kortəbii olaraq, aprteklərə müracit edirlər. Qeyd edim ki, səhiyyə nazirliyi bunun qarşısını alır. Belə ki, apteklərdə reseptsiz dərmanların alınmasına icazə verilmir. Dövlət müəssisələrində ixtisaslaşmış həkimlərin sayı çoxdur. İnfeksion xəstəliklər vaxtında aşkarlanıb, müalicə edilərsə, tez bir zamanda xəstəlik aradan qaldırıla bilər. Amma xəstə uzun müddət orqanizmdə mövcud olan xəstəliyin aşkarlanmasına cəhd göstərməzsə, bunun müəyyən fəsadları özünü göstərir. Ağır vəziyyətdə xəstəxanaya gələnlərin müalicədən sonrakı prosesdə mütləq fəsadları olur.
Uriental xladimosa isə yoluxmuş xəstələrin siyahısı hər rayon üzrə qeydə alınır. Hazırda Azərbaycan səhiyyəsində mövcud olan tibbi avadanlıqların yüksək səviyyədə olması bu və ya digər xəstəliklərə yoluxmuş insanların ölkə daxilində müayinəsinə tam şərait yaradır. İnfeksion yolu ilə yayılmış xəstəliklərin müalicəsi zamanı bütün dərman preparatları xəstələrə pulsuz olaraq verilir. Ultrasəs, dopler aparatının alınması son illərdə dövlət tərəfindən səhiyyə ocaqlarına verilən müasir tipli avadanlıqlardır. Pulu tibbi xidmət ləğv edildikdən sonra stasionar müalicə alan xəstələr həm dərman preparatları, həm də, yeməklə təmin olunurlar. Onu da deyim ki, bu xidmət növü ləğv olunduqdan sonra xəstələrin dövlət tibb müəssisələrinə müraciətinin də sayı artmaqdadır. Əgər 2006-cı ildə ay ərzində dəri-zöhrəvi xəstəlikləri ilə bağlı 130-133 nəfər müraciət edirdisə, 2008-ci ilin mart ayında 338 nəfər xəstə müalicə almaq üçün dispanserdə qeydiyyatdan keçmişdir. Bu son ayda isə 490 nəfər xəstə qeydiyyatdan keçmişdir. Xəstəxanada sağlamlıq kriteriyası təyin edildikdən sonra, onlar evə buraxılırlar. Dəri-zöhrəvi xəstəliyinə tutulmuş şəxslərin ailə üzvlərinin hər biri eyni vaxtda müalicə kursu keçirlər. Hətta evləri belə dizinfeksiya etdirilir.
Beynəlxalq səviyyədə keçirilən konfranslar, simpoziumlar qarşılıqlı şəkildə müalicə üsullarının aparılması və mövcud təcrübədən bu və ya digər ölkələrdə istifadə etməsinə şərait yaradılır. Bu yaxınlarda mən İsveçrədə keçirilən beynəlxalq simpoziumda iştirak etmişəm. Orada cinsi yolla yayılan xəstəliklərin protokolları tərtib olunub. Protokol bundan ibarətdir ki, xəstəliyə tutulmuş şəxslər mərhələlərlə öz müalicəsini davam etdirməlidir. Xəstə müalicə olunduğu zaman müəyyən fəsadlar və yaxud da ki, tam sağalmadığı zamanda həkimini məhkəməyə verir. Amma bu protokollar bir növ özünü müdafiədir. Bəzən bizdə də bu hallar özünü göstərir. Xəstədə müalicə prosesində allergiya və s. baş verdikdə bizim dispanserə də gəlib öz narazıçılığını bildirir. Artıq bu protokol tətbiq olunduqdan sonra biz özümüzü məhkəmə qarşısında müdafiə etməyə hazır olacağıq. Pribaltika ölkələrində bu, çoxdan mövcuddur. Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan və s. dövlətlər yaxın vaxtlarda bu protokollardan istifadə edəcəklər.
Mən bir mütəxəssis olaraq dəri-zöhrəvi xəstəliklərinə düçar olmuş şəxslərdə psixoloji halların baş qaldırdığını müşahidə etmişəm. Hətta belə xəstələr depressiya vəziyyətinə də düşürlər. Daha çox dəridə özünü büruzə verən bu xəstəliklər xəstənin psixoloji gərginlik keçirməsinə səbəb olur. Xəstə özü düçar olduğu xəstəliyə yaradıcı şəkildə yanaşmalı, intellektini bu sahədə sərf etməlidir. Hazırda internet vasitəsilə xəstələr çox böyük məlumat əldə edə bilərlər. Müasir tibbi avadanlıqlar, xəstələrə və tibbi müəsisələrə dövlət qayğısı ölkə ərazisində xəstəliklərin tam müalicəsinə şərait yaradır. Artıq Azərbaycan səhiyyəsi 10 il bundan əvvəlki bir səhiyyə sistemi deyil.

Digər xəbərlər