Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçilib
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, federasiyanın sayca 29-cu toplantısı olub.
Toplantı çərçivəsində növbəti 4 il müddəti üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə seçkilər də keçirilib. Çunqvon Co növbəti 4 il müddətinə Dünya Taekvondo Federasiyasının prezidenti seçilib. Daha üç nəfər isə vitse-prezident seçilib. Federasiyanın vitse-prezidentliyinə Misir, İtaliya, Azərbaycan, Avstrya və Böyük Britaniya nümayəndələrinin namizədliyi olub. Namizədlər arasından olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dörd il müddətinə Dünya Taekvondo Federasiyanın vitse-prezidenti seçilib.Digər iki vitse-prezident yerini isə Misir nümayəndəsi Əhməd Foli ilə İtaliyanı təmsil edən Sun Caepark tutub. Qeyd edək ki, K. Heydərov bundan əvvəlki dönəmdə də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olub.