PDF Oxu

Əsas

  • 17

Allahşükür Paşazədə Düşənbədə “Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu” konfransında iştirak edib

Allahşükür Paşazədə Düşənbədə “Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu” konfransında iştirak edib
Dünən Qafqaz Müsəlmanları İdarəsində idarənin rəisi Şeyxülislam Allahşükür Paşazədənin 4 oktyabr Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə səfəri ilə bağlı mətbuat konfransı keçirilib.
SİA-nın məlumatına görə, mətbuat konfransında Allahşükür Paşazadənin müavini, İslam Universitetinin rektoru Hacı Sabir konfransı giriş sözü ilə açıb. O, səfər haqqında geniş məlumat verib və bildirib ki, Allahşükür Paşazadə 5-6 oktyabr tarixində Düşənbədə keçirilən "Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu" mövzusundə beynəlxalq simpoziumda iştirak edib. Onun sözlərinə görə, İmami-Ələminin 1310 illiyinə həsr olunan simpoziumda 40-dan artıq dövlət, 500-dən artıq qonaq iştirak edib. Daha sonra İslam Universitetinin rektoru bildirib ki, simpozimda ən böyük çıxış Tacikistan tərəfindən edilən çıxış olub. Onun sözlərin görə, onun Əbu-Hənifə irsinin təbliğ etməsi və ona qiymət verməsi çox dəyərli bir hadisədir. Hacı Sabir Şeyxülislamın çıxışı haqda da geniş məlumat verib. Onun çıxışı Tacikistanda alqışlarla qarşılanıb.
Qeyd edək ki, səfər çərçivəsində Tacikistan prezidenti Allahşükür Paşazadəni qəbul edib.

Digər xəbərlər