PDF Oxu

Əsas

  • 17

Qubada jurnalistlər üçün təlim düşərgəsi keçirilir

Qubada jurnalistlər üçün təlim düşərgəsi keçirilir
Tədbirin açılış mərasimində Gənclər Təşkilatı Milli Şurasının sədri, millət vəkili Fuad Muradov, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, İTV-nin yayım şurasının sədri, Mətbuat Şurasının üzvü Cəhangir Məmmədli çıxış edib.
Qeyd edək ki, tədbir 5-9 oktyabr tarixlərində keçiriləcək. Təbir çərçivəsində mühazirələr oxunacaq, jurnalistlər üçün treninqlər keçiriləcək. Təlimin keçirilməsində əsas məqsəd gənc jurnalistlər arasında ünsiyyət bacarığını və peşəkarlığı artırmaqıdır.
Xatırladaq ki, Gənclər Təşkilatı Milli Şurasının tərikibində 66 uşaq və gənclər təşkilatları birləşir və Azərbaycanı bır sıra beynəlxalq qurumlarda təmsil edir.

Digər xəbərlər