PDF Oxu

Əsas

  • 14

Hər 100 000 insandan 13-ü leykoz xəstəliyinə tutulur

Hər 100 000 insandan 13-ü leykoz xəstəliyinə tutulur
SİA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitunun uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru Mir Eldar Babayev məlumat verib. O qeyd edib ki, bu xəstəlik zamanı təkcə qırmızı qan kürəcikləri deyil, eyni zamanda həyat üçün vacib olan normal leykositlərin və trombositlərin də miqdarı kəskin azalır və nəticədə müxtəlif xarakterli qanaxmalar, infeksion fəsadlar üzə çıxır.
Mir Eldar Babayev bildirib ki, vaxtında düzgün aparılmayan müalicə xəstənin ölümü ilə nəticələnir. Xəstəliyə tutulmanı hər kəs üçün labüd hesab edən tibb elmləri doktoru hər 100 000 insandan 13-nün bu xəstəliyə tutulduğunu vurğulayıb.
Xəstəliyə bütün yaşlarda rast gəldiyini deyən Mir Eldar Babayev söyləyib ki, uşaqlar daha çox leykozun kəskin formasına tutulurlar. "Leykemiya ilə mübarizə" İctimai Birliyində rəsmi qeydiyyatda olan 92 Kəskin Limfoblast Leykoz xəstəliyinə tutulan uşaqların da 61-i oğlan, 31-i qızdır. Bunların 51-i haqqında dəqiq məlumat var, digərləri regionlarda yaşadığı üçün hər hansı məlumat yoxdur.
Keçən əsrin ikinci yarısına qədər leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılırdı. Sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, xəstəliyin bioloji aspektlərinin öyrənilməsi, müalicə işlərinin təkmilləşdirilməsi, müasir tibb mərkəzlərinin yaradılması "ölümə məhkumluq" anlayışını aradan qaldırdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlar arasında Kəskin Limfoblast Leykozdan tam sağalma şansı 70-75 faiz təşkil edir. 2006-cı ildən xəstəliyin müalicəsinin proqramla həll olunmasına başlanılıb", -deyə tibb elmləri doktoru əlavə edib.

Digər xəbərlər