PDF Oxu

Əsas

  • 16

Prokurorlar bir vəzifəyə iki dəfədən artıq təyin edilə bilməzlər

Prokurorlar bir vəzifəyə iki dəfədən artıq təyin edilə bilməzlər
Ərazi və ixtisaslaşdırılmış prokurorlar bir qayda olaraq, həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər.
Bununla əlaqədar "Prokurorluq haqqında" Qanuna əlavələr və dəyişikliklər ediləcək. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən bildiriblər ki, "Prokurorluq haqqında" Qanunun 16 maddəsi yeni redaksiyada verilib. Həmin əlavələrdə deyilir ki, ərazi və ixtisaslaşdırılmış prokurorlar bir qayda olaraq, həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər. Qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə təqdim olunub.

Digər xəbərlər