Məcburi köçkünlər yeni qəsəbədə məskunlaşırlar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncə şöbəsinin müdiri Süleyman Abbasov bildirib ki, adıçəkilən qəsəbədə 596 evin tikilməsi nəzərdə tutulub. Yeni mənzillərdən 44-də Gəncədə məskunlaşan Kəlbəcər qaçqınları yerləşdirilib. Hazırda qəsəbədə inşaat işləri davam etdirilir. Burada evlərlə yanaşı müvafiq infrastruktur da yaradılır.