PDF Oxu

Əsas

  • 22

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”nda qarşıdurma dərinləşir

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”nda qarşıdurma dərinləşir
Müxalifət düşərgəsində son zamanlar diqqəti daha çox cəlb edən proseslər baş verməkdədir. Bir tərəfdə əksər müxalif partiyalar qarşıdakı bələdiyyə seçkilərində iştirak məsələsini çək-çevir etməyə çalışsalar da, digər bir yanda müxalifət özü-öz aralarındakı qarşıdurmalardan əziyyət çəkir. Artıq kimsə düşərgədə baş verənlərə görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Baş vernlər isə ümumi müxalifət qüvvələrinin hər bir qütbü tərəfindən meydana çıxır. Kimsə müxalifətin bu cür durumda nə vaxta qədər qalacağını proqnozlaşdıra bilmir. Çoxları müxalifətin sivil formada fəaliyyət prinsipinə qədəm qoyması üçün burada lövbər salmış "köhnə"lərin uzaqlaşmasını zəruri hal kimi qəbul etsələr də, əksəriyyət bu tipə aid olduğundan, məsələnin kökündə ziddiyyətlər ortaya çıxır. Amma maraqlı bir məqam isə ondan ibarətdir ki, müxalifət adı altında düşərgədə hazırda çox kritik və kəskin münasibətlər formalaşıb.
Qloballaşan dünyada dəyişən münasibətlər fonunda müxalifətin də imicində müəyyən dəyişikliklər baş verir. Doğrudur, bu, daha çox özünü düşərgədə gedən daxili ziddiyyətlərlə göstərsə də, məsələnin daha gərgin tərəfləri də mövcuddur. Bütün bunların fonunda isə düşərgə təmsilçiləri guya qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşırmış kimi, müəyyən ittifaqlar və toplumlar yaratmaq istəyinə düşüblər. Bir müddət öncə, ölkəmizin ictimai-siyasi həyatında mühüm rola malik olan Referendum Aktı zamanı yaradılmış olan "Qarabağ və Respublika Uğrunda" təşviqat qrupları sonralar "vətəndaş hərəkatı" kimi təsis edilərək guya ümumi müxalifətin birliyinə xidmət edirmiş kimi göstərirdi. Əksinə isə, bu hərəkatda təmsil olunan Müsavat, ADP, ALP, "VİP", "Ümid" kimi partiyalar arasında elə ziddiyyətlər baş verib və verməkdədir ki, onların hər hansı bir formada yeni ampluada özlərini göstərmək cəhdləri, sadəcə olaraq, sözdən ibarət ola bilər.
Keçən həfətə "Ümid" partiyasının qərargahında toplaşan hərəkat üzvləri qarşıdakı bələdiyyə seçkilərində namizədlərin müəyyənləşməsi və hansı partiyanın neçə namizədlə təmsil olunması məsələsi gündəmin müzakirə mövzusu idi. Lakin həmişə olduğu kimi, bu dəfə də müxalifət yetkililəri öz bəd niyyətləri və çirkin əməllərini gizlədə bilmədilər. ADP sədri Sərdar Cəlaloğlunun daha çox pafoslu çıxışı və məsələlərə bir qədər soyuqqanlı yanaşması digər həmkarlarının heysiyyatına toxunmuş oldu. Bir müddət öncə, "Ümid" partiyasının sədri İqbal Ağazadə ilə münasibətlərini korlamış olan S.Cəlaloğlu bu dəfə ALP lideri Lalə Hacıyeva ilə toqquşmalı olub. Hər dəfə yeni bir təklif irəli sürüldükdə, özünü hamıdan ağıllı göstərməyə çalışan S.Cəlaloğlu, özündən başqa "ağıllı" tanımayan L.Hacıyeva ilə didişməli olub. Bütün bunlar isə onun hərkatda qalıb-qalamaması məsələsini bir daha sual altında qoyub. Ona görə də, sentyabrın 28-də ADP-nin hərəkatdan çıxarılması barədə qərar verilib. Artıq bundan sonra S.Cəlaloğlu bu partiya liderləri ilə fərdi formada mübarizə aparmalı olacaq.

Digər xəbərlər