PDF Oxu

Əsas

  • 19

Ermənistan ordusu dağılma ərəfəsindədir

Ermənistan ordusu dağılma ərəfəsindədir

Rəsmi statistikaya əsasən, Ermənistan ordusunda fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar, homoseksualizm və digər hərbi cinayətlərin sayı 30 faiz artıb

Son vaxtlar dünyada və regionda baş verən hadisələr bir sıra ölkələr kimi Ermənistanın da vəziyyətini ağırlaşdırıb. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Ən pis durum isə, Ermənistan ordusundadır. Terrorçu dövlətin cinayətkar rəhbərləri bunu ört-basdır etmək üçün hərdənbir "hərbi" təlimlər keçirsələr də, artıq orduda baş verənləri gizlətmək mümkün olmur.
Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır.
Bu yerdə Ermənistan ordusunun durumunu analiz etməyə dəyər. Bu gün Ermənistan ordusu olduqca ağır böhran yaşayır ki, bunu faktlar sübut edir. Məsələ burasındadır ki, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2007-ci ilə nisbətən 2008-ci il ərzində, həmçinin, 2009-cu ilin ilk 7 ayına qədər təxminən 30 faiz artıb.

Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunda mənəvi-psixoloji durum kəskin böhran həddinə çatıb

Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən, "Əsgər Anaları" cəmiyyəti maraqlı faktlar açıqlayıblar.
Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2007-ci illə müqayisədə 2008-ci ildə 21 faiz artıb. Ötən il düşmən düşərgəsində 1643 hadisə baş verib. Bunlardan 41-i fərarilik, 171-i hərbi hissəni özbaşına tərketmə, 34-ü intihara cəhd, 570-i rüşvətalma, 376-sı döyülmə və işgəncə, 27-si zorlama, 53-ü ölüm faktı olub. Bu il isə müvafiq rəqəm 1984-ə çatıb.
Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Təkcə ilk yarımildə Ermənistan silahlı qüvvələrində 84 hərbi qulluqçu həlak olub ki, bunlardan 68 nəfəri qeyri-döyüş vəziyyətində ölüb.
Ümumilikdə isə, göstərdiyimiz dövr ərzində Ermənistan ordusunda xeyli hərbi qulluqçu həlak olub ki, onların da 80 faizinin ölümü qeyri-döyüş itkisi hesab edilir. Qeyri-döyüş itkiləri əsasən I, II və III ordu korpuslarının tabeliyində olan hərbi hissələrdə baş verib. Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir.
Aparılan yoxlamalar zamanı Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasına düçar olduğu aşkarlanıb. Bu cür faktları konkretləşdirməyin mümkünsüzlüyünü erməni rəsmiləri özləri də etiraf edirlər. Durum o həddə çatıb ki, hazırda ordu komandanlığının göstərişi ilə belə halların daha da genişlənməməsi və aşkar olunmuş şəxslərin ordudan tərxis olunmaları məqsədilə xüsusi hərbi həkim komissiyası yaradılıb.
Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrıseçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağ ordusunda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir.
Bunun nəticəsində Qarabağda yerləşən dağ-atıcı və motoatıcı diviziyaların tərkibindəki hərbi hissələrdə ermənistanlılarla qarabağlılar arasında 14 bıçaqlanma hadisəsi baş verib. Münaqişə zamanı 4 ermənistanlı hərbi qulluqçu ölüb, 6 nəfər isə ağır yaralanıb.
Beləliklə, Ermənistan siyasi hakimiyyətində Ermənistandan olanlarla Qarabağdan olanlar arasında baş verən çəkişmə orduda da özünü açıq şəkildə büruzə verir. Belə ki, hərbi qulluqçularla Qarabağdan olan erməni hərbçiləri arasında davam edən ayrı-sekçilik və qruplaşma problemləri ölkə ictimaiyyətinin ciddi müzakirə mövzusudur.
Ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunduğu, fiziki təzyiqlərə məruz qalmaları çoxsaylı cinayət faktlarına əsas verib. Hətta
Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorlanması barədə də faktlar ortaya çıxmaqdadır.
Son iki il ərzində Qarabağda xidmət edən Ermənistan vətəndaşlarına qarşı törədilmiş 843 döyülmə və işgəncə faktı ilə bağlı 97 zabit və 124 gizir barəsində cinayət işi qaldırılıb. Onlardan 98 nəfəri həbs edilib. Eyni maddələr üzrə ittiham olunmalarına baxmayaraq, 123 nəfər rüşvət hesabına özünü təmizə çıxara bilib.
Erməni ordusunun şəxsi heyəti arasında az qala gündəlik normaya çevrilməkdə olan homoseksualizm faktları ötən illərə nisbətən bu il daha da çoxalıb. Belə hərbi qulluqçuların 80 nəfəri Ermənistanda, təqribən 150 nəfəri isə Qarabağda xidmət edir. Durum o qədər acınacaqlı hal alıb ki, ordu rəhbərliyinin göstərişi ilə xüsusi hərbi həkim komissiyası yaradılıb.
Hərbi təhsil sahəsində də durum da pisləşib. Ali hərbi məktəblərdə oxumaq istəyənlərin sayı kəskin azalıb. Hazırda 40-dan çox kursant barəsində fərarilik və məktəbi özbaşına tərketmə maddəsi üzrə cinayət işi qaldırılıb. Yerevandakı Vazgen Sarkisyan adına hərbi təhsil müəssisəsində 100-dək kursant ötən il buradan çıxmaq barədə raport yazıb. Onların 50 nəfəri dördüncü, yəni əsasən, sonuncu kurs kursantları olub.
Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin antisanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib. Təkcə bu ilin yanvar-avqust ayları ərzində 2000 nəfərədək hərbi qulluqçu regional və mərkəzi hospitala yerləşdirilib.
Bundan başqa, 2007-2008-ci illər ərzində Ermənistan ordusunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dizenteriya xəstəliklərinin sayı 2 dəfə artıb. Bütün bunlar Ermənistan və Qarabağda yerləşən hərbi hissələrdə baş verən bu və ya digər hadisələrin yalnız bir qismidir. Digər tərəfdən, zaman-zaman yayılan belə bir məlumat da təsdiq olunur ki, Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsinə yerləşdirməyə əsgər tapmır və buna görə də muzdlu şəxslər pulla səngərə gətirilir.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə,

Ermənistan ordusu ən qısa zamanda
dağılacaq

Çünki, artıq işğalçı orduda durum dözülməz həddə çatıb.
Cəbhənin bu biri tərəfində isə, tamam başqa bir mənzərə var. Bu mənzərəni oxucularımıza tam olaraq çatdırmağa ehtiyac belə yoxdur, nədən ki, xalqımız öz ordusnun necə bir qüdrətə və döyüş əzminə mailk olduğunu yaxşı bilir. Ötən il Silahlı Qüvvələrimizin 90 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad da bunu bir daha əyani göstərdi.
Əslində, ermənilər üçün də belə məlumatları təqdim etməyə ehtiyac yoxdur. Düşmən tərəf bu haqda hər şeyi bilir. Bu səbəbdən də, son vaxtlar "kürklərinə birə düşüb". Forpostun inzibati mərkəzindən (öz aralarında Yerevanı paytaxt adlandırırlar, lakin qeyd etməliyik ki, paytaxt anlayışı tam müstəqil olan dövlətin siyasi mərkəzinə deyilir) səslənən rəsmi bəyanatlar və açıqlamalar göstərir ki, artıq Azərbaycanın səbrinin tükəndiyini bütün ermənilər anlamış durumdadırlar və özlərini heç də yaxşı gələcək gözləmədiyini başa düşüblər.
Azərbaycanın hərbi-iqtisadi qüdrətinin getdikcə artırması Ermənistan ordusunun psixoloji durumuna çox ciddi şəkildə mənfi təsir göstərir. Bir qədər əvvəl tanınmış beynəlxalq sorğu mərkəzinin bu ölkədə və işğal altında olan Qarabağda keçirdiyi sorğunun nəticələri də göstərir ki, artıq ermənilər Qarabağın azad edilməsinin labüd olduğunu anlamış duruma gəliblər.
Azərbaycan Silahlı Qüvvələrinin sürətli artan imkanları- maddi-texniki bazası, peşəkar kadr potensialı, yüksək psixoloji durumu və digər göstəriciləri hər şeyi açıq-aydın ortaya qoyur. Ötən nömrəmizdə dərc edilmiş yazımızda hər iki ölkənin hərbi-iqtisadi qüdrətini müqayisə etmiş və fərqi göstərmişdik.
Əslində, Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyildi. Sadəcə, onu demək kifayətdir ki, Azərbaycan Ordusunun büdcəsi az qala Ermənistanın dövlət büdcəsinə bərabərdir. Əlavə şərhə ehtiyac yoxdur.
Bütün bunlar onu göstərir ki, Ermənistan yaxın müddətdə işğal olunmuş ərazilərdən çıxmağa məcbur olacaq və ya buna məcbur ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və həyata keçirdiyi uğurlu siyasət bunu söyləməyə tam əsas verir.

Digər xəbərlər