PDF Oxu

Əsas

  • 13

Səbail rayonun təhsil müəssisələri yeni dərs ilinə hazırdırlar

Səbail rayonun təhsil müəssisələri yeni dərs ilinə hazırdırlar
Dünən Səbail rayon icra hakimiyyətinin akt zalında yeni dərs ilinin başlanması ilə bağlı rayonun pedaqoji işçiləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə müşavirə keçirildi.
Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov müşavirədə çıxış edərək 2008-2009-cu təhsil ilində əldə olunmuş nailiyyətlər, rayon məktəblərinin yeni tədris ilinə hazırlığının yekunu və tədris müəssisələrinin pedaqoji kollektivləri qarşısında duran məsələlər barədə məlumat verdi. A.Əsgərov qeyd edərək bildirdi ki, hazırda rayonda 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə Prezidenti İlham Əliyevin təhsilə olan diqqət və qayğısı nəticəsində son illər ərzində respublikanın bütün yerlərində olduğu kimi Səbail rayonunda da Dövlət Proqramına uyğun olaraq bir sıra işlər həyata keçirilibdir: "Tədris ilinə hazırlıq müddətində hazırda rayonun ən qocaman məktəblərindən olan 132 saylı orta məktəbdə və "İstedad" Beynəlxalq Təhsil Kompleksinin binalarında əsaslı təmir-bərpa təmir işləri aparılır. Aparılan əsaslı təmir işlərinin müddəti nəzərə alınaraq məktəbdəki təhsil prossesinin pozulmasına yol verilməməsi məqsədi ilə hər iki təhsil müəssisənin şagirdlərinin müvəqqəti olaraq digər məktəblərdə təhsillərini davam etdirməsi təmin olunubdur.
A.Əsgərov Bayıl qəsəbəsindəki 1969-cu ildə tikilmiş və 1009 şagirdin təhsil aldığı 163 saylı orta məktəbdə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işlərinə başlanıldığını və yeni dərs ilinin başlanğıcına kimi məktəb təhvil veriləcəyini vurğuladı. Eyni zamanda, 91 saylı orta məktəb, 157 saylı uşaq bağçası və 3 saylı uşaq musiqi məktəbini istiliklə təchiz edən qazanxana sökülərək, yeni müasir qazanxana quraşdırılıb. Həmçinin, 91 saylı məktəbin daxili istilik sistemi də dəyişdirilərək yenisi ilə əvəz olunur. Bu il 189 saylı orta məktəbin sanitariya qovşaqları da əsaslı təmir edilib, 203 saylı orta məktəbin idman zalı və zalın dam örtüyü, sanitariya qovşaqları, 236 saylı orta məktəbin köhnə binasının bir hissəsində təmir işləri başa çatmaq üzrədir.
A.Əsgərov vurğuladı ki, ölkə Prezidenti İlham Əliyevin Cərəncamı əsasında keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" və "İlin ən yaxşı müəllimi" respublika müsabiqəsində Səbail rayonunun "İstedad" Beynəlxalq Təhsil Kompleksi, 2 saylı texniki-humanitar elmlər liseyi, 190 və 239 saylı orta məktəbləri, həmçinin, 190 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Aygün Həşimova, 6 saylı məktəb-liseyin tarix müəllimi Elmin İmanov, 7 saylı orta məktəbin ingilis dili müəlliməsi Məlahət Rəhimova və ibtidai sinif müəlliməsi Telli Şabanova, 49 saylı intellekt liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elçin Manafov qaliblər arasında olular.
Sonra dövlət rəhbərinin sərəncamı ilə qalib elan olunan müəllimlərə, həmçinin, məzunlar arasında ən yüksək nəticə göstərmiş tələbələrə rayon icra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Tədbirin sonunda rayonun ictimai siyasi həyatında yaxından iştirak edən 8 nəfər fənn müəllimləri rayon icra hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Digər xəbərlər