PDF Oxu

Əsas

  • 16

Türkiyə müxalifətindən sərt təpki

Türkiyə müxalifətindən sərt təpki
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyənə qədər protokolu təsdiqləməyəcəyik. SİA-nın məlumatına görə, bu bəyanatla Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Dəniz Baykal çıxış edib. Onun sözlərinə görə, protokolda Ermənistanın Azərbaycanda işğal etdiyi torpaqlardan geri çəkilməsi ilə bağlı heç bir zəmanətdən söhbət açılmayıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın keçən ay Azərbaycana səfəri zamanı verdiyi Ermənistan Qarabağdan geri çəkilmədən sərhədi açmayacağıq sözünü xatırladan Baykal imzalanan protokolla Ərdoğanın sözlərinin ziddiyyət təşkil etdiyini bildirib. Qeyd edək ki, sözügedən protokol Türkiyə Böyük Millət Məclisinə (TBMM) təsdiq üçün göndəriləcək.

Digər xəbərlər