PDF Oxu

Əsas

  • 26

Gənclərin I Foto və Sənət düşərgəsinin açılışı oldu

Gənclərin I Foto və Sənət düşərgəsinin açılışı oldu
Dünən Oğuz rayonunda yerləşən AFRA oteldə ölkəmizdə ilk dəfə olaraq "İrəli" İctimai Birliyi və "Studio" bədii foto məktəbinin təşkilatçılığı ilə Gənclərin I Foto və Sənət düşərgəsi keçirilib.
Düşərgənin açılış mərasimində "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxış edib. C.Osmanlı bildirib ki, düşərgəni açmaqda məqsəd sənət yönümlü kreativ gənclərə peşəkar təlimçilər tərəfindən təlimlər keçirmək, gəncləri maraqlandıran layihələrin müəyyən olunaraq onların dəstəklənməsi üçün mexanizmlərin araşdırılmasına, kreativ gənclərin şəbəkəsinin yaradılması yolu ilə gələcəkdə sənət yönümlü layihələrin sayının artırılmasına, inkişaf edən Azərbaycanda sənət yönümlü kreativ gənclərin kreativ baxışları ilə yeni layihələrin reallaşmasına nail olmaqdır. Üç gün davam edən tədbirin ilk günü gənclərə "Foto sənətinin tarixi" mövzusunda mühazirə keçirilib. Eyni zamanda, gənclərə peşəkar fotoqrafın riayət etməli olduğu texniki biliklər də aşılanılıb. Daha sonra gənclər qruplara bölünərək interaktiv təlimlərdə iştirak ediblər.
Foto təlimlərini mütəxəssislərdən İsa Aydın, Günel İsmayılova, Türkan Hüseynova və Aytən Məmmədova tədris edib. Qeyd edək ki, düşərgənin 2-ci günü ekskursiya xarakterli olacaq. Gənclər Oğuzun tarixi Aşağı Daşağıl kəndinə səfər edəcək, yolüstü qədim Uğan mağarasını görəcək, burada foto çəkilişlər həyata keçirərək praktiki biliklərini artıracaqdır.
Layihədə foto sənəti, rəssamlıq, musiqişünas, sənətşünas, teatr, kino və başqa sənət sahələrini təmsil edən istedadlı gənclər iştirak edir.

Digər xəbərlər