PDF Oxu

Əsas

  • 10

“Kultura i kulturnıe şedevrı Azerbaydjana - unikalnoe poslanie buduşim pokoleniyam” kitabının təqdimat mərasimi keçirildi

“Kultura i kulturnıe şedevrı Azerbaydjana - unikalnoe poslanie buduşim pokoleniyam” kitabının təqdimat mərasimi keçirildi
M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan "Kultura i kulturnıe şedevrı Azerbaydjana - unikalnoe poslanie buduşim pokoleniyam" kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, kitab Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Mədəniyyətin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətinə həsr olunub.
O bildirdi ki, bu kitab Mehriban xanım Əliyevanın xalqımızın mədəniyyətinin, mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması sahəsindəki fəaliyyətinə həsr olunub. Kitabda, eyni zamanda, Mehriban Əliyevanın YUNESKO və İSESKO kimi mötəbər təşkilatlarda apardığı humanitar işlərə də geniş yer ayrılıb. Nazir Azərbaycanın birinci xanımının gördüyü xeyirxah işlərdən, milli musiqinin, ədəbiyyatının qorunması və onun təbliği, kimsəsiz və xəstə uşaqlara göstərdiyi genişmiqyaslı köməkliyindən söz açıb. O, qeyd edib ki, bu nəşr Mehriban Əliyeva haqqında yazılmış "Mədəniyyətimizin və mədəni incilərimizin banisi" kitabının davamı, yenidən işlənmiş, əlavələr edilmiş və rus dilinə tərcümə olunmuş variantıdır. Mədəniyyət və turizm naziri onu da vurğulayıb ki, hazırda rəhbərlik etdiyi nazirlik tərəfindən bu kitabın ingilis dili versiyası da hazırlanır: "Artıq Azərbaycan və rus dillərində nəşr edilən bu dəyərli kitabın, yaxın vaxtlarda ingilis versiyası da çap olunacaq. Kitabda, eyni zamanda, Azərbaycanın birinci xanımının çıxışları da öz əksini tapıb".
Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov Mehriban Əliyevanın mədəni irsin qorunması sahəsində gördüyü işlərdən danışıblar. Xalq artisti Arif Babayevin çıxışı birinci xanımın Azərbaycan musiqisinin, xüsusən, muğamlarımızın təbliği, qorunması və yeni istedadların üzə çıxarılması istiqamətində apardığı məqsədyönlü tədbirlərdən söz açıb.
O, həmçinin, qeyd etdi ki, Mehriban xanım 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunu yaradıb və ona başçılıq edib. 1996-cı ildə Azərbaycan, ingilis və rus dilində çap olunan "İrs" mədəniyyət və tarix jurnalını, 2004-cü ildə Heydər Əliyev irsini tədqiq edən Heydər Əliyev Fondunu təsis edib. Mehriban xanım elə həmin il folklor və musiqi ənənələrini təbliğ etdiyinə görə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Qeyd edim ki, tədbirin keçirildiyi zalda Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi də təşkil olunub.

Digər xəbərlər