PDF Oxu

Əsas

  • 22

Mükəmməl iqtisadi konsepsiya dünya maliyyə böhranının ölkəmizə təsirinin qarşısını aldı

Mükəmməl iqtisadi konsepsiya dünya maliyyə böhranının ölkəmizə təsirinin qarşısını aldı
Məlum olduğu kimi, dünya maliyyə böhranı bütün inkişaf etmiş dövlətlərin iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Lakin bu gün Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində respublikamıza təsir göstərə bilməməsidir.
Milli Məclisin komitə sədri Ziyad Səmədzadə məsələ ilə bağlı açıqlamasında bildirdi ki, ən inkişaf etmiş ölkələrdə iqtisadi artım 1 faizə çatmadığı halda Azərbaycanın iqtisadiyyatı bu ilin birinci yarısında 3,6 faiz inkişaf edib. Qeyri-neft sektorunda artım 4,1 faizi ötməkdədir. Bu dövrdə inflyasiya 3,7 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 19 faiz artıb. Orta əməkhaqqı bu il təxminən 15 faiz yüksəlib. Bütün bu arqumentlər Azərbaycanın əvvəlki tək inkişaf tempini qoruyub saxladığını təsdiqləmiş oldu.
"Mən Azərbaycanı ən yüksək inkişaf etmiş ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət və iqtidar arasında birlik var. Mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və Azərbaycanın çox parlaq gələcəyinə əminəm".
Z.Səmədzadə Azərbaycanda balanslaşdırılmış xarici siyasətin uğurla icra olunduğunu vurğuladı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün dünya dövlətləri ilə bərabər səviyyəli əməkdaşlığın qurulması və münasibətlərdə, hər şeydən əvvəl, məhz dövlətimizin mənafe və maraqlarının qorunmasına xidmət edən balanslaşdırılmış və ya tarazlaşdırılmış xarici siyasət kursunun uğurla icra olunması Azərbaycanı dəyişən geosiyasi şərtlər fonunda qarşıya çıxan böyük problemlərdən mühafizə edib. Sirr deyil ki, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişədə atəşkəs elan olunmasına baxmayaraq, aradan ötən 15 il ərzində yekun həllə müvəffəq olmaq mümkün olmayıb. Bunun səbəbi Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqedə olmasıdır. Amma artıq zaman o zaman deyil. Məhz haqqında danışdığımız balanslaşdırılmış xarici siyasət kursu bu problemin həllində proseslərin ölkəmizin xeyrinə işləməyə başlamasını təmin edib. Misal olaraq, son bir ildə müşahidə etdiyimiz hadisələri sadalamaq kifayətdir. Dövlət başçıları arasında danışıqlar intensivləşib, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi, birmənalı olaraq, müdafiə olunur və dünya ictimaiyyəti bu prinsipi dəstəkləyir, BMT, NATO, AŞPA, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini qəbul etdikləri qətnamələrdə əks etdirir. Deməli, artıq illərdir həyata keçirilən siyasi kurs bu istiqamətdə də öz müsbət nəticələrini verməkdədir. Bu işdə də hakimiyyətin ən güvəndiyi yer öz xalqıdır. Məhz xalqın birliyi, xalqın hakimiyyətə inamı və hakimiyyətin xalqın mənafeyinə uyğun hərəkəti xalq-hakimiyyət tandeminin əldə etdiyi uğurların əsas bazasıdır.

Digər xəbərlər