PDF Oxu

Əsas

  • 14

Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” bukletlər toplusu İndoneziyada Ümid Beynəlxalq Məktəbinin müəllim heyəti və şagirdlərinə təqdim olunub

Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” bukletlər toplusu İndoneziyada Ümid Beynəlxalq Məktəbinin müəllim heyəti və şagirdlərinə təqdim olunub
Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyindən verilən məlumata əsasən, cari ilin 20 avqust tarixində Azərbaycanın İndoneziyadakı Səfirliyində Ümid Beynəlxalq Məktəbinin (Hope International School) müəllim heyəti və şagirdləri ilə görüş keçirilmişdir.
Səfir İ. Hacıyev çıxış edərək, Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi, mədəniyyəti, turizm imkanları, dünya birliyinə inteqrasiyası istiqamətində uğurları, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş sosial, iqtisadi və siyasi nailiyyətlər, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri kimi beynəlxalq layihələrdə Azərbaycanın aparıcı rolu, regionda, dünyada nüfuzu, Azərbaycan-İndoneziya əlaqələri barədə məlumat vermişdir.
Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" bukletlər toplusu, "Azərbaycana qarşı müharibə - mədəni irsin hədəfə alınması" kitabı, səfirlik tərəfindən ingilis və İndoneziya dilində nəşr etdirilmiş Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları barədə kitablar, DVD-lər məktəbin kitabxanasına hədiyyə edilmişdir.

Digər xəbərlər