“Sağlam Həyat Tərzi və İdman” Yay Məktəbinin açılış mərasimi keçirildi
Dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də UNİCEF-in birgə təşkii etdiyi "Sağlam Həyat Tərzi və İdman" həmyaşıdların-həmyaşıda təhsil layihəsi çəçivəsində Yay Məktəbinin rəsmi açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Gənclər Təşkilarları Milli Şurasının sədri Fuad Muradov, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervord, millət vəkllləri Çingiz Əsədullayev, Rövşən Rzayev, Eyvaz Qurbanov, Rauf Əliyev və Sabir Hacıyev, Oğuz rayon icra hakimiyyətinin başçısı Aydın Əliyev iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov Azərbaycanda gənclər siyasətinin dövlətin əsas problemlərindən biri olduğunu vurğulamış, Azərbaycanın bu sahədə beynəlxalq təşkilatların və inkişaf etmiş dövlətlərin təcrübəsindən yiyələnməklə maraqlı olduğunu qeyd etmişdir. F.Muradov öz çıxışında bildirmişdir ki, biz cəmiyyətə gənclər vasitəsilə bir mesaj göndərmək istəyirik. Bu da ondan ibarətdir ki, sağlam gənclər, sağlam düşüncəsi onun ölkəyə olan sevgisi ilə bilavasitə bağlıdır. Gənclərin sağlamlığı və idmanın təbliği istiqamətində görülən bütün işlər cənab Prezidentin gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı imzalandığı xüsusi proqramın bir tərkib hissəsidir.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək, sağlam həyat tərzi və idman sahəsində aparılan işlərin nazirlik üçün çox vacib istiqamət olduğunu vurğulamışdır. Nazir dedi ki, Milli Şura tərəfindən təşkil olunan tədbirlər nazirlik tərəfindən dəstəklənir və biz çox istərdik ki, burada təlim keçən gənclər sözün əsil mənasında, təlimçilər olsunlar və QİÇS, narkotiklor, hepatit, alkoqolizmə qarşı aparılan mübarizənin birhissəsi olsun.
Oğuz rayon icra hakimiyyalinin başçısı Aydın Əlihüseynov bu tədbirin Oğuzda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini və inkişaf etmiş ölkələrdə gənclərin sağlam həyatının mühüm əhəmiyyətini vurğulamışdır.
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervord öz çıxışında qeyd etdi ki, təlimdə iştirak etmək mənim üçün çox şərəfdir. UNİCEF bu cür tədbirlərin keçirilməsini hər zaman dəstəkləyir və dünyanın hər bir ölkəsində gənclər arasında sağlam həyat tərzinin təbliğ edir. Çox şadam ki, Azərbaycan hökuməti gənclər siyasətinə çox böyük önəm verir. Gənclərin 2005-2009-cu illər üçün Dövlət Proqramı və yaxın vaxtlarda bu sahədə imzalanması nəzərdə tutulan yeni proqram bizi sevindirən bir haldır.
Xatırlatmaq istərdik ki, ötən il Azərbaycan Respublikası Milli Şurası tərəfindən reallaşdırılmış "Sağlam Həyat Tərzi və İdman" layihəsi çərçivəsində Bakı və Nabranda 35 nəfər gənc üçün Təlimçilər üçün Təlim keçirilmiş və Bakı, Sumqayıt, Gəncə, Quba, Füzuli, Lənkəran və Şirvanda 2600 gəncə Təlim Sessiyası təşkil edilmişdir.