Novruz Məmmədov: “İstərdik ki, Türkiyə və Rusiyanın yaxınlaşması Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə öz töhfəsini versin”
Rusiya ilə Türkiyənin yaxınlaşması, Vladimir Putinin Ankaraya rəsmi səfəri zamanı neft-qaz sahəsi ilə əlaqədar vacib sənədlərin imzalanması Cənubi Qafqaz regionuna da müsbət təsir göstərməlidir.
Azərbaycan Prezidentinin Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, dünyada, o cümlədən, bölgəmizdə aparıcı dövlətlərin öz maraqları var. Ola bilsin ki, bu maraqlar səbəbindən Rusiya ilə Türkiyənin yaxınlaşması prosesi müşahidə olunur.
N.Məmmədov qeyd edib ki, Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə çox yaxşı münasibətləri mövcuddur. "İstərdik ki, hər iki dövlətin yaxınlaşması Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə öz töhfəsini versin" deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.