Xavyer Solana: “Avropa İttifaqı münaqişələrin həlli yollarının axtarılmasına cəlb olunub”
Avropa İttifaqı (Aİ) müxtəlif vasitələrlə uzunsürən münaqişələrin həlli yollarının axtarılmasına cəlb edilib. Bunu qurumun xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana bəyan edib.
X.Solana bildirib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunu tam dəstəkləyir. "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı fikirlərini bölüşən ali nümayəndə vurğulayıb ki, bu təşəbbüs münaqişələri həll etmək məqsədi ilə irəli sürülməyib. Hər bir fərdi münaqişənin həlli ilə bağlı bütün səylər artıq mövcud olan danışıqlar formatına salınmalıdır. "Şərq tərəfdaşlığı" proqramının çoxmillətli formatı bu məsələləri müzakirə etmək üçün gözəl imkan və məkandır.