PDF Oxu

Əsas

  • 16

Ölkəmizin Rumıniya ilə əlaqələri möhkəmlənir

Ölkəmizin Rumıniya ilə əlaqələri möhkəmlənir
Dünən Səbail rayon icra hakimiyyətində Buxarest şəhərinin II sektorunun meri Nekulai Ontsanun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq, Buxarest merinin 3 il bundan əvvəl ölkəmizdə səfərdə olarkən, keçirdiyi görüşləri xatırlatdı. A.Əsgərov Səbail rayon icra hakimiyyətində yenidən görüşdükləri üçüş sevinc duyduğunu bildirdi: "Nümayəndə heyətinin yenidən Bakıda səfərdə olmasından şad olmağımızla yanaşı, bu səfərin də yadda qalacağı şübhəsizdir. Siz Azərbaycan-Rumıniya əlaqələrinin inkişafına çox mühüm töhfələr vermisiniz. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yüksək qiymətləndirir. 2006-cı ildə ölkəmizə səfəriniz zamanı bu dəstəyiniz dövlət başçısı İlham Əliyevlə görüşünüz zamanı xüsusi qeyd edildi".
A.Əsgərov onu da qeyd etdi ki, Bakının sizə şəxsi hörmət və ehtiramı var və bunun bir ifadəsi də 2006-cı ildə səfəriniz zamanı Bakının Səbail rayonunun fəxri sakini adına layiq görülməyinizdir.
Səbail icra hakimiyyətinin başçısı iki ölkə arasında münasibətlərin inkişafından geniş danışaraq bildirdi ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafının göstəricisidir: "Rumıniya Türkiyədən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu sahədəki istəklərin reallaşması üçün ardıcıl və zəruri tədbirlər həyata keçirildi".
Bu gün Azərbaycanın artıq dünyada söz sahiblərindən birinə çevrildiyini vurğulayan A.Əsgərov ölkəmizin Avropanın, eləcə də dünyanın müxtəlif ölkələri ilə sıx dostluq və əməkdaşlıq münasibətləri yaratdığını bildirdi. Həmçinin, onu da dedi ki, Azərbaycanın hərtərəfli münasibətlər qurduğu dövlətlərdən biri də məhz Rumıniyadır.
A.Əsgərov vurğuladı ki, Rumıniya ilə də əməkdaşlığı möhkəm təməl üzərində quran ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və artıq Azərbaycan-Rumıniya dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.
Rayon rəhbəri ölkədə gedən uğurlu inkişafdan danışaraq, bildirdi ki, son beş il ərzində nəinki Bakı şəhərində, eyni zamanda, respublikanın bütün regionlarında böyük quruculuq işləri aparılır. Bu işlər 90 min əhalisi olan Səbail rayonunda da geniş xarakter alır. A.Əsgərov rayonda gedən quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi.
Görüşdə Buxarest şəhərinin II sektorunun meri Nekulai Ontsanu qeyd etdi ki, Rumıniya Azərbaycana, ümumilikdə türk dünyasına, mehriban qardaş münasibəti ilə yanaşır. Həmçinin, bu əlaqələrin daha isti olacağına inanır: "Bu inam ümummilli lider Heydər Əliyev siyasəti və Onun bugünkü ardıcıl və uğurlu davamı deməkdir. Azərbaycan xalqı rumın xalqının dostudur. Biz hər zaman dost Azərbaycan xalqını dəstəkləyəcəyik.
Ulu öndərin həyata keçirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilirdiyini söyləyən qonaq bildirdi ki, Azərbaycan məhz bu siyasətin nəticəsində nailiyyətlər əldə edib və belə yüksəklərə qalxıbdır: "Azərbaycanın keçdiyi iqtisadi inkişaf yolu digər ölkələrə nümunə ola bilər. Bu gün dünyanı bürüyən iqtisadi və maliyyə böhranının Azərbaycanda hiss olunmaması, təbii ki, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Budəfəki səfərimiz zamanı daha güclü, inkişaf edən Bakı ilə tanış olduq. Qətiyyətlə deyirəm ki, Bakı gözəlliyinə, tarixi abidələrlə zənginliyinə görə Avropa şəhərlərindən üstündür. Çünki bu ümummilli lider Heydər Əliyevin qurduğu yeni müstəqil Azərbaycandır".
Sonda Nekulai Ontsanu Səbail rayon icra hakimiyyətinin başçısı A.Əsgərova "Şərəf paketini", "Böyük Ştefan" medalını və ölkələri ilə bağlı hazarlanmış albomu təqdim etdi.
Həmçinin, Səbail rayon icra hakimiyyəti adından Nekulai Ontsanuya Azərbaycan musiqi alətlərini təmsil edən suvenir və xalça bağışlanıldı.

Digər xəbərlər