PDF Oxu

Əsas

  • 16

Dalana dirənmiş Ermənistan

Dalana dirənmiş Ermənistan
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 17 ildən bəri davam edən problemin həllində Azərbaycan diplomatiyasının uğurları, Azərbaycanın əsaslı mövqeyi beynəlxalq təşkilatları və Ermənistan rəhbərliyini reallığı dərk etməyə və həqiqəti etiraf etməyə məcbur edir. Artıq təcavüzkar ölkənin rəhbərliyində təmsil olunmuş yüksək vəzifəli şəxslər Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü tanıması zərurəti barədə danışır, aqressiv ritorikadan geri çəkilməyə başlayırlar.
Ermənistan prezidenti Serj Sarkisyanın və ölkənin digər nüfuzlu xadimlərinin son açıqlamaları bunu deməyə əsas verir. Bu, Ermənistan siyasətində aqressiv mövqe tərəfdarlarının təsir imkanlarının artdığını göstərir. Məsələ ilə bağlı Qərb ölkələrinin də rəsmiləri artıq normal bəyanatlar səsləndirməyə başlayıblar.
Prezident İlham Əliyev son çıxışlarında bu barədə kəskin və qətiyyətli mövqeyini bir daha bəyan etdi. Dövlət başçısı işğal olunmuş torpaqların istənilən yolla azad olunacağını bildirdi. Təbii ki, Prezident və Azərbaycan xalqı bu problemin sülh yolu həlli üçün əindən gələni edir.
Düşünülmüş və uzaqgörən siyasət öz bəhrəsini vermək üzrədir. İşğalçılar bunu yaxşı anlayır və kompromisə getməyə məcburdular. Çünki Ermənistanın başqa çıxış yolu qalmayıb. Bu ölkə işğalçılıq siyasətindən əl çəkməyincə vəziyyəti getdikcə pisləşir.
Bu xalq səfalət içində yaşamaqdan bezib. Ermənistan əhalisinin böyük əksəriyyəti artıq ölkədəki vəziyyətin get-gedə ağırlaşmasının əsas səbəbini Qarabağ münaqişəsinin həll olunmamasında görür ki, bunun da əsas səbəbkarı hazırkı iqtidardır.
Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi bütün dünyaya məlumdur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ancaq Azərbaycan istəyir ki, bunu danışıqlar və sülh yolu ilə həll etsin. Burada söhbət ondan gedir ki, Ermənistanın mövqeyi nədən ibarət olacaq?
Ermənistan tərəfi isə münaqişənin həlli ilə bağlı mövqeyini tez-tez dəyişməklə bunun həllini yubadır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Ermənistan tərəfi də Azərbaycan tərəfi kimi iradəsini ortaya qoysa, münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün əlindən gələni etsə, həmsədrlərdən asılı olmayaraq, münaqişə həll edilər".- Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov APA-ya müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinə bununla bağlı təzyiqlər həddindən artıq artıb. "Ermənistan-Türkiyə məsələləri, son vaxtlar gedən danışıqlar prosesi, həmsədr ölkələrinin münaqişənin həllinə marağının artması, Azərbaycan Prezidentinin bu istiqamətdə atdığı son addımlar, ABŞ-Rusiya və Fransa prezidentinin İtaliyada verdiyi birgə bəyanat, ABŞ Dövlət Departamentinin "Madrid prinsipləri" ilə bağlı mövqeyi və Rusiyanın da bu məsələdə xüsusi fəal olması Ermənistan üzərində təzyiqi artırır.
Digər tərəfdən, nəzərə alsaq ki, həm də beynəlxalq maliyyə böhranı hökm sürür, bu da Ermənistanı çıxılmaz vəziyyətdə qoyur. Ermənistan rəhbərləri başa düşməlidirlər ki, onların münaqişənin həllinə alternativ yolları yoxdur. Buna baxmayaraq, onlar özləri öz ideyalarının girovuna çevriliblər, hələlik, münaqişənin həlli ilə bağlı ciddi addımlar atmaqda tərəddüd edirlər"-deyə Prezident Administrasiyasının rəsmisi bildirib.
Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında, nitqlərində deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır-deyə N.Məmmədovun fikrincə, problem mərhələ-mərhələ həll edilməlidir: "Öncə Azərbaycanın 5, yaxud 6 rayonu, sonra 1, yaxud 2 rayonu boşaldılmalı, ondan sonra məcburi köçkünlər məskunlaşmalı, sülhməramlılar yerləşdirilməli, bundan sonra abadlıq işləri aparılmalı, kommunikasiyalar açılmalıdır.
Eyni zamanda, 1 və ya 2 rayonun məskunlaşma prosesi getməli, hətta qaçqın və köçkünlər, eyni zamanda, Dağlıq Qarabağı da qayıtmalıdırlar. Bundan bir müddət sonra isə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət məsələsi həll olunmalıdır. Yəni proses belə getməlidir. Ermənistan tərəfi isə müəyyən mənada öz hakimiyyətini itirməkdən qorxaraq mövqeyini tez-tez dəyişir".
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət düşmən ölkəni dalana dirəyib. Bir-birinin ardınca məğlubiyyətlər seriyasına "qonaq olan" işğalçı ölkə məhv olmaq üzrədir. Azərbaycana siyasi, iqtisadi, təbliğati və digər sahələrdə məğlub olan Ermənistanın yardımına heç xaricdəki erməni lobbisi belə çata bilmir. Son statistikalara görə Ermənistan əhalisinin böyük hissəsi ölkəni tərk edib. Yerdə qalanlar isə qonşu Gürcüstanda hamballıq etməklə məşğuldurlar.
Bütün ermənilər artıq anlayıb ki, Azərbaycansız Ermənistan yaşaya bilməz.
Məhz Azərbaycanla müharibə vəziyyətində olması Ermənistanı bütün regional və beynəlxalq layihələrdən kənarda qoyub. Ermənistan özü-özünü məhvə sürükləyir. Qonşu ölkə rəhbərləri və xalqı yaxşı başa düşür ki, Azərbaycan bir qarış da torpağını güzəştə getməyəcək. Ermənistana tarix boyu indiki ərazisi qədər torpaq verilib. Gec-tez işğal olunmuş torpaqlar qaytarılacaq- bu həqiqəti artıq anlayıblar.
Azərbaycan Prezidentinin son müşavirədəki bəyanatı Ermənistan üçün sonuncu xəbərdarlıq sayıla bilər. Yəni, işğalçı ölkə qoşunlarını könüllü olaraq Qarabağdan çıxarmalıdır. Əks-təqdirdə, həmin terrorçu dislokasiya, ümumiyyətlə, həmin ərazidən sağ çıxa bilməyəcək.
Beləliklə, Qarabağ məsələsinin həlli üçün geri sayım başladı- vaxt Ermənistanın əleyhinə işləyir. Keçən hər bir an isə Azərbaycanın düşmən ölkədən bir az da güclənməsinə gətirib çıxarır. 
Bunu təkcə Ermənistanda yox, böyük dövlətlərdə də başa düşürlər. Bu səbəbdən də, xarici diplomatların və beynəlxalq təşkilatların nümayəndələrinin işğalçı ölkə rəhbərlərinə tövsiyə və məsləhət xarakterli təkliflərinin, təzyiqlərinin sayı getdikcə artır.
Ermənistan artıq təkcə Azərbaycanın deyil, həm də bütün dünyanın əsəb sistemi ilə oynayır. Bu durum isə çox davam edə bilməz. Dünyanın səbrinin sərhədlərini dəqiq demək olmasa da, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın səbri sonsuz deyil.

Digər xəbərlər