PDF Oxu

Əsas

  • 19

Azərbaycana münasibətdə “907-ci düzəliş” ləğv edilməlidir

Azərbaycana münasibətdə “907-ci düzəliş” ləğv edilməlidir
Məlum olduğu kimi, SSRİ parçalanandan sonra müstəqil ölkələr yarandı və Amerika Konqresi yeni yaranmış dövlətlərin inkişafına yönəlmiş "Azadlığı Müdafiə Aktı"nı qəbul etdi. Həmin qanuna görə, müstəqil dövlətlərə müəyyən yardımlar ayrılmalıydı.
Lakin təcavüzə məruz qalmış Azərbaycan Ermənistanla əlaqələri kəsdiyi üçün sözügedən qanuna yardımları qadağan edən "907-ci düzəliş" əlavə edildi. Və indiyədək tam ləğv olunmayıb. Məntiqdən uzaq olsa da, bu gün işğala məruz qalan Azərbaycan təklənib, təcavüzkar Ermənistan dəstəklənir və Birləşmiş Ştatların ayırdığı yardımlardan gen-bol bəhrələnir.
Politoloq Rüstəm Məmmədov bu kimi məsələlərin Amerikadakı sadə və mürəkkəb sistemin mövcudluğundan irəli gəldiyini düşünür. R.Məmmədov bildirdi ki, ABŞ Konqresində "907-ci düzəliş"in ləğv olunması ilə bağlı təkliflərin artması Azərbaycanın ədalətli mövqeyinin dünyada daha da gücləndiyini göstərir: "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və "907-ci düzəliş"in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. ABŞ-da bu reallıq qəbul edilir və buna görə də dövlətlərin əməkdaşlığına xeyir gətirməyən bu düzəlişin ləğv olunması istiqamətində təşəbbüslər artır".
ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa "907-ci düzəliş" hələ də qüvvədə olduğunu deyən politoloq 1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin "907-ci düzəliş"i ləğv etməsi üçün dəfələrlə cəhd edib. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılıb. "907-ci düzəliş"in işi, həmçinin, 2009-cu ildə də dayandırılıb.
R.Məmmədov onu da bildirdi ki, Azərbaycanın ədalətli mövqeyini ABŞ-ın Azərbaycan üzrə işçi qrupunun həmsədri, Texas ştatından konqresmen Solomon Ortiz də dəstəkləyib. Onun dediyi fikirlər də bunu deməyə əsas verir. S.Ortiz bildirir ki, "907-ci düzəliş" ədalətli deyil və ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqi və strateji tərəfdaşına münasibətdə tətbiq edilə biləcək tədbir deyil".
Politoloq vurğuladı ki, Solomon Ortizin sözlərinə görə, son zamanlar prezident Obamanın Azərbaycan üzrə işçi qrupun qarşı çıxdığı və qarşı çıxmaqda davam etdiyi düzəlişdən imtina etməsi üçün çoxlu cəhdlər edildiyini qeyd etməsi və "907-ci düzəliş"in ləğv edilməsinin vaxtının gəlib çatdığını deməsi onu sübut edir ki, ABŞ-Azərbaycan münasibətləri gələcəkdə daha da möhkəmlənəcək. Çünki dövlətlərin əməkdaşlığına xeyir gətirməyən bu düzəlişin ləğv olunması istiqamətində təşəbbüslər də artmaqdadır.

Digər xəbərlər